FSSC 22000 Qida Təhlükəsizliyi Sistem Sertifikatlaşdırması 22000

FSSC 22000 Food Safety System Certification

image not found!

FSSC 22000 Qida Təhlükəsizliyi Sistem Sertifikatlaşdırması 22000

G&I Training Academy Əlavə Təhsil Mərkəzi FSSC 22000 - Qida Təhlükəsizliyi Sistem Sertifikatlaşdırması 22000 ilkin tanışlıq təlimi elan təklif edir.

 

Qida Təhlükəsizliyi İdarəetmə Sistemi standartlarından biri olan Food Safety System Certification (FSSC) 22000 standartı özlüyündə bütün qida zəncirində iştirak edən müəssisələri əhatə edə bilən GFSI əsaslı idarəetmə sistemi standartıdır. FSSC 22000 2010-cu ildən tətbiq edilməyə başlayıb və özündə ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi, ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi (FSSC 22000-Quality üçün), HACCP, ISO/TS 22002-1-6 İlkin Şərtlər Proqramı, PAS 220 Qida İstehsalı Müəssisələri üçün ilkin şərtlər proqramları, ISO 22003 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Audit və Sertifikatlaşdırma Qurumlarına olan tələblər standartını və FSSC 22000 standartının əlavə tələblərini birləşdirir. Bu idarəetmə sistemi standartının ən son versiyası 5.1-ci versiyadır və hal-hazırda bütün müəssisələr bu versiya üzrə sertifikatlaşdırılır.

 

Təlimin Məqsədi:

  • FSSC 22000 idarəetmə sistemi standartı və onun yaradılış tarixi haqqında biliklərin əldə edilməsi

  • FSSC 22000-nin ən son versiyası və bu standartda baş vermiş dəyişikliklər haqqında məlumatlı olmaq

  • Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri arasında oxşar və fərqli cəhətlərin öyrənilməsi və tətbiq üsullarının misallarla göstərilməsi

  • Effektiv və dayanıqlı qida təhlükəsizliyi idarəetmə sisteminin qurulmasının əsas prinsiplərinin öyrənilməsi

  • Qida zəncirində iştirak edən müəssisələrdə qida təhlükəsizliyi və onun idarəedilməsi ilə bağlı praktiki və düzgün yanaşmaların öyrənilməsi

  • FSSC 22000 və buna bənzər GFSI əsaslı idarəetmə sistemi standartları üzrə audit olunacaq müəssisələrə tələblərin və sertifikatlaşdırma proseslərinin öyrənilməsi

  • Azərbaycanda yeni qida təhlükəsizliyi qanunvericiliyi və onunla qida təhlükəsizliyi idarəetmə sistemləri arasında əlaqələrin öyrənilməsi

 

Təlim kimlər üçün nəzərdə tutulub: Bu təlimdə qida sənayesi və qida zəncirində iştirak edən bütün müəssisələrin əməkdaşları, qida mühəndisliyi və bununla əlaqədar ixtisaslı təhsili olan və ya qida təhlükəsizliyi sahəsində bilik və bacarıqlarını artırmaq niyyətində olan şəxslər iştirak edə bilərlər.

 

Mövzular:

  • FSSC 22000 nədir? və onun yaradılma tarixi haqqında məlumat

  • Niyə məhz FSSC 22000?

  • FSSC 22000 v 5.1 idarəetmə sistemini tətbiq etməzdən əvvəl nələri bilməliyik?

  • FSSC 22000 idarəetmə sisteminin tərkib hissələri

  • Standartın tərkib hissələri: ISO 22000:2018 QTİS və ISO 9001:2015 KİS haqqında

  • Standartın tərkib hissələri: İlkin Şərtlər Proqramları – ISO/TS 22002 və BS PAS 220 haqqında

  • Standartın tərkib hissələri: HACCP haqqında

  • ISO 22003 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Audit və Sertifikatlaşdırma Qurumlarına olan tələblər standartı haqqında

  • FSSC 22000 standartının yeni 5.1 versiyasındakı dəyişikliklər

  • Qida Müdafiə Planı nədir və necə tətbiq edilir?

  • Qida Dələduzluğu (Saxtakarlığı) üzrə plan necə hazırlanır və tətbiq edilir?

  • FSSC 22000 standartının əlavə tələbləri: Qida Təhlükəsizliyi Mədəniyyəti nədir?

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.1 Xidmətlərin və satın alınmış materialların idarəedilməsi.

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.2 Məhsulun etiketlənməsi

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.3 Qida Müdafiəsi

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.4 Qida Saxtakarlığının Minimallaşdırılması

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.5 Loqo istifadəsi

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.6 Allergenlərin İdarəedilməsi (Qida zənciri kateqoriyaları C, E, FI, G, I və K üçün)

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.7 Ətraf Mühitin Monitorinqi (Qida zənciri kateqoriyaları C, I və K üçün)

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.8 Məhsulların resepturaları (formulları) (Qida zənciri kateqoriyaları D üçün)

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.9 Daşınma və çatdırılma (Qida zənciri kateqoriyaları FI üçün)

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.10 Saxlama və Anbarlama (Bütün qida zənciri kateqoriyaları üçün)

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.11 Çarpaz çirklənmənin qarşısının alınması üçün təhlükələrin nəzarəti və ölçülməsi (Qida zənciri kateqoriyaları C və I üçün)

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.12 İlkin Şərtlər Proqramlarının Verifikasiyası (Doğrulanması) (Qida zənciri kateqoriyaları C, D, G, I və K üçün)

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.13 Məhsulun İnkişaf etdirilməsi (Qida zənciri kateqoriyaları C, D, E, F, I və K üçün)

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.14 Sağlamlıq Statusu (vəziyyəti) (Qida zənciri kateqoriyaları D üçün)

  • FSSC 22000 standartının əlavə tələbləri:2.5.15 Çox-sahəli Sertifikatlaşdırılacaq Müəssisələr üçün tələblər (Qida zənciri kateqoriyaları A, E, FI və G üçün)

  • FSSC 22000 idarəetmə sistemi standartı üzrə sertifikatlaşdırma mərhələləri

  • Praktiki məşğələ: Təyin edilmiş hər hansı qida zəncirində iştirak edən müəssisə üzrə təhlükə və risk analizinin həyata keçirilməsi

Təlim müddəti: İki gün (nəzəri və praktik hissə)
Praktiki hissə qida zəncirində iştirak edən hər hansı bir qida sənayesi müəssisəsinin fəaliyyət proseslərindən hər hansı birinin qida təhlükəsizliyi risklərinin yerində təyin edilərək düzgün risk analizi aparılmasına və bu vərdişlərinin gələcək fəaliyyətlərdə effektiv olaraq istifadə edilməsinə xidmət göstərir.
Qrupda dinləyicilərin sayı: Minimum 6 nəfər – maksimum 10 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, Türk və İngilis dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.
Sertifikatın etibarlılıq müddəti: 3 il

Qida Təhlükəsizliyi