Media

Xəbərlər

image not found!

Hündürlükdə görülən işlər zamanı texniki təhlükəsizlik Qaydaları

G&I Training Academy Əlavə Təhsil Mərkəzi  Hündürlükdə görülən işlər zamanı texniki təhlükəsizlik Qaydaları üzrə Təlim kursunun TƏDRİS METODİKASI "Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" tərəfindən razılaşdırılmışdır.

"Hündürlükdə iş" təlimi nəzəri və praktiki olaraq yerli qanunvericiliyin və Beynəlxalq stadartların tələbləri əsasında təşkil olunur.

 

Təlimin məqsədi: 

  • Hündürlükdə işləyən işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsinin metod və üsullarının öyrədilməsi;

  • “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələbləri (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyesteri, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin № 20/01-005 24 oktyabr 2016-cı il Qərarı) barədə məlumatlandırma.

 

Təlim kimlər üçün nəzərdə tutulub: Hündürlükdə işləri həyata keçirən bütün işçi heyəti üçün nəzərdə tutulmuşdur. 

  

Mövzular: 

  • Giriş

  • Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları

  • Hündürlükdə işləyən işçilərə dair tələblər

  • Hündürlükdə olan təhlükələr və onlara qarşı nəzarət tədbirləri

  • Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi

  • Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin tətbiqinə dair tələblər

  • Hündürlükdə iş zamanı Fərdi Mühavizə Vasitələrinin təhlükəsiz istifadəsi

  • Nərdivanların, meydançaların və pilləkənlərin tətbiqi zamanı təhlükəsizlik tələbləri

  • Düşən əşyalar və onların qarşısının alınması

  • Taxtabəndlərdən (ayaqaltılardan) və Nərdivanlardan təhlükəsiz istifadə qaydaları

  • İş platformaları (Mobil qaldırıcı və qayçı qaldırıcılarda iş)

  • Hündürlükdə iş ilə bağlı baş verən fövqəladə hallar zamanı cavab tədbirləri

  • Hündürlükdə xilasetmə (təxliyyə) planı

  • Dinləyicilərin biliklərinin qiymətləndirilməsi (nəzəri və praktiki)

 

Təlim müddəti: 2 gün (nəzəri və praktik hissə)

Lazım olan iştirakçı sayı: Minimum 3 nəfər – maksimum 10 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat və vəsiqə təqdim olunur. 

 

Əlaqə:

???? www.gitraningacademy.az

????+994 55 687-80-35 (Whatsapp)

????+994 51 687 80 35

???? info@gitrainingacademy.az

 

#hundurluk #workingatheight #təlim #HündürlükdəİşTəlimi #hündürlük #hundurluktelimi #gigroup #sətəm #safety #hse #training #yüksəklik

Media