Əllə Yükdaşıma Nədir?
Əl ilə yük daşıma bədən qüvvəsindən istifadə edərək yükün yerindən tərpədilməsi və ya saxlanılmasıdır. Yükü əl və ya bədənin digər bir hissəsi ilə daşımağa və ya saxlamağa aşağıdakılar daxildir:
qaldırma və yerə qoyma
itələmə və dartma
daşıma və yerindən tərpətmə
yükün məqsədyönlü şəkildə yerə atılması və ya düşməsi
yüklə hərəkət etmək
İş yerində baş verən qəzaların böyük əksəriyyətinə yüklərin əllə daşınması səbəb olur. Bu səbədən də düzgün yük qaldırma texnikasına əməl olunmaması səbəbindən onurğa sütunu, kürək əzələləri və bağların zədələnməsinə, əzələ gərilməsi və oynaqların yeyilməsinə, qarın yırtığı, amputasiya, əzilmiş əzalar və daha ağır qəzalara ölümlə nəticələnə biləcək qəzalara gətirib çıxarır. G&I Training Academy yerli və Beynəlxalq Standartlara (Əllə Yükdaşıma Əməliyyatı barədə Nizamnamə 1992- ci il / Manual Handling Operations Regulations 1992) uyğun olaraq hazırlanmış təlim kursunu təklif edir.
Təlimin məqsədi: Əl ilə yükdaşıma barədə işçiləri məlumatlandırmaq və düzgün yükqaldırma üsulları nümayiş etdirmək.
Təlim kimlər üçün nəzərdə tutulub: Əllə iş icra edən bütün işçi heyyəti üçün nəzərdə tutulmuşdur.
Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz: Düzgün yükqaldırma texnikasının yollarını və riskin qiymətləndirilməsini.
Mövzular:
Giriş
Əl ilə yükdaşıma nədir
Statistik göstəricilər
Yüklərin əllə daşınması zamanı yarana biləcək xəsarətlər (zədəlnmələr)
Əl ilə yükdaşıma üsulları (qaydaları)
Əllə yük daşıma Riskinin qiymətləndirilməsi
Təhlükəsiz şəkildə yükqaldırma
Əllə Yükqaldırma qaydaları
Düzgün yükqaldırma texnikası
Yükün mexaniki üsulla daşınması
Təlim müddəti: 1 gün
Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.