SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Yüklərin əllə daşınması | Manual Handling

Əllə Yükdaşıma Nədir?

Əl ilə yük daşıma bədən qüvvəsindən istifadə edərək yükün yerindən tərpədilməsi və ya saxlanılmasıdır. Yükü əl və ya bədənin digər bir hissəsi ilə daşımağa və ya saxlamağa aşağıdakılar daxildir: 

  • qaldırma və yerə qoyma

  • itələmə və dartma

  • daşıma və yerindən tərpətmə

  • yükün məqsədyönlü şəkildə yerə atılması və ya düşməsi 

  • yüklə hərəkət etmək

İş yerində baş verən qəzaların böyük əksəriyyətinə yüklərin əllə daşınması səbəb olur. Bu səbədən də düzgün yük qaldırma texnikasına əməl olunmaması səbəbindən onurğa sütunu, kürək əzələləri və bağların zədələnməsinə,  əzələ gərilməsi və oynaqların yeyilməsinə, qarın yırtığı, amputasiya, əzilmiş əzalar və daha ağır qəzalara ölümlə nəticələnə biləcək qəzalara gətirib çıxarır. G&I Training Academy yerli və Beynəlxalq Standartlara (Əllə Yükdaşıma Əməliyyatı barədə Nizamnamə 1992- ci il / Manual Handling Operations Regulations 1992) uyğun olaraq hazırlanmış təlim kursunu təklif edir. 

 

Təlimin məqsədi: Əl ilə yükdaşıma barədə işçiləri məlumatlandırmaq və  düzgün yükqaldırma üsulları nümayiş etdirmək.

 

Təlim kimlər üçün nəzərdə tutulub:  Əllə iş icra edən bütün işçi heyyəti üçün nəzərdə tutulmuşdur.  

 

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz: Düzgün yükqaldırma texnikasının yollarını və riskin qiymətləndirilməsini.

 

Mövzular: 

  • Giriş

  • Əl ilə yükdaşıma nədir

  • Statistik göstəricilər

  • Yüklərin əllə daşınması zamanı yarana biləcək xəsarətlər (zədəlnmələr)

  • Əl ilə yükdaşıma üsulları (qaydaları)

  • Əllə yük daşıma Riskinin qiymətləndirilməsi

  • Təhlükəsiz şəkildə yükqaldırma 

  • Əllə Yükqaldırma qaydaları

  • Düzgün yükqaldırma texnikası 

  • Yükün mexaniki üsulla daşınması

 

Təlim müddəti: 1 gün

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur. 

SƏTƏM təlimləri