G&I Training Academy Əlavə Təhsil Mərkəzi Hündürlükdə iş üzrə ümumi məlumatlandırma təlimi təklif edir.
Təlimin məqsədi:
Hündürlükdə işləyən işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsinin metod və üsullarının öyrədilməsi;
Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının tələbləri (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyesteri, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin № 20/01-005 24 oktyabr 2016-cı il Qərarı) barədə məlumatlandırma.
Təlim kimlər üçün nəzərdə tutulub: Hündürlükdə işləri həyata keçirən bütün işçi heyəti üçün nəzərdə tutulmuşdur.
Mövzular:
Giriş
Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları
Hündürlükdə işləyən işçilərə dair tələblər
Hündürlükdə olan təhlükələr və onlara qarşı nəzarət tədbirləri
Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi
Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin tətbiqinə dair tələblər
Hündürlükdə iş zamanı Fərdi Mühavizə Vasitələrinin təhlükəsiz istifadəsi
Nərdivanların, meydançaların və pilləkənlərin tətbiqi zamanı təhlükəsizlik tələbləri
Düşən əşyalar və onların qarşısının alınması
Taxtabəndlərdən (ayaqaltılardan) və Nərdivanlardan təhlükəsiz istifadə qaydaları
İş platformaları (Mobil qaldırıcı və qayçı qaldırıcılarda iş)
Hündürlükdə iş ilə bağlı baş verən fövqəladə hallar zamanı cavab tədbirləri
Hündürlükdə xilasetmə (təxliyyə) planı
Təlimin yekunlaşdırılması nəzəri biliklərin qiymətləndirilməsi
Təlim müddəti: 1 gün (nəzəri)
Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.