SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Hündürlükdə iş üzrə ümumi məlumatlandırma təlimi

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Hündürlükdə iş üzrə ümumi məlumatlandırma təlimi təklif edir. 

 

Təlimin məqsədi: 

  • Hündürlükdə işləyən işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsinin metod və üsullarının öyrədilməsi;

  • Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının tələbləri (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyesteri, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin № 20/01-005 24 oktyabr 2016-cı il Qərarı) barədə məlumatlandırma.

 

Təlim kimlər üçün nəzərdə tutulub: Hündürlükdə işləri həyata keçirən bütün işçi heyəti üçün nəzərdə tutulmuşdur. 

  

Mövzular: 

  • Giriş

  • Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları

  • Hündürlükdə işləyən işçilərə dair tələblər

  • Hündürlükdə olan təhlükələr və onlara qarşı nəzarət tədbirləri

  • Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi

  • Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin tətbiqinə dair tələblər

  • Hündürlükdə iş zamanı Fərdi Mühavizə Vasitələrinin təhlükəsiz istifadəsi

  • Nərdivanların, meydançaların və pilləkənlərin tətbiqi zamanı təhlükəsizlik tələbləri

  • Düşən əşyalar və onların qarşısının alınması

  • Taxtabəndlərdən (ayaqaltılardan) və Nərdivanlardan təhlükəsiz istifadə qaydaları

  • İş platformaları (Mobil qaldırıcı və qayçı qaldırıcılarda iş)

  • Hündürlükdə iş ilə bağlı baş verən fövqəladə hallar zamanı cavab tədbirləri

  • Hündürlükdə xilasetmə (təxliyyə) planı

  • Təlimin yekunlaşdırılması nəzəri biliklərin qiymətləndirilməsi

 

Təlim müddəti: 1 gün (nəzəri)

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur. 

SƏTƏM təlimləri