G&I Training Academy Böyük Britaniyanın Chartered Institute of Environmental Health (CIEH) təşkilatının rəsmi təsdiq olunmuş Lisenziyalı Təlim provayderi olaraq fəalliyyət göstərir.
Qida təhlükəsizliyi (Food safety) mövzuda 3 səviyyədə təlim təşkil olunur.
Introductory Certificate in Food Safety (Level 1)
Foundation Certificate in Food Safety (Level 2)
Intermediate Certificate in Food Safety (Level 3)
Hər 3 səviyyədə təlimlər təşkil olunur və hər səviyyəyə uyğun olaraq BEYNƏLXALQ SERTİFİKAT təqdim olunur.
Qida təhlükəsizliyi - Foundation Certificate in Food Safety (Level 2)
Qidanın təqdim olunduğu hər yerdə onun hazırlanması, istifadəsi, saxlanılması və insanlara təklif olunması üzrə yüksək standartların nümayiş etdirilməsi çox vacibdir.
Qida təhlükəsizliyi üzrə Səviyyə 2 kursu qida sənayesində çalışan hər kəs üçün nəzərdə tutulmuşdur. Bu kursu bitirdikdən sonra siz istehlak üçün təhlükəsiz qidanın hazırlanması üzrə tələblərə yiyələnəcəksiniz.
Kurs kimlər üçündür?
Qida ilə məşğul olan, onu hazırlayan, onu bişirən hər kəs üçün
Əvvəlki bilik və bacarıqlarını yeniləmək istəyən şəxslər üçün
Şirkətlər üçün: hansı ki, onların qida ilə məşğul olan işçiləri var
Kursun modulları:
Modul 1: Qida təhlükəsizliyinə giriş
– Qida təhlükəsizliyi ilə bağlı əsas terminlər
– Qida təhlükəsizliyinin önəminin qavranılması
– Qida zəhərlənməsi ilə bağlı ən çox risk altında olan şəxslərin müəyyən olunması
– Qida ilə məşğul olan şirkətlərə / bizneslərə qanunvericiliyin tələbləri
– Qida təhlükəsizliyi təliminin vacibliyi
Modul 2: Qida sahəsində təhlükələr
– Qida üzrə müxtəlif təhlükələrin müəyyən olunması
– Bakterial çirklənmənin müəyyən olunması
– Bakteriaların çoxlaması üçün şəraitlər
– Hansı qidaların digərlərinə nisbətən daha çox risk yaratması
– Viruslar nədir və onlar bakteriadan necə fərqlənir
– “Cross contamination / çirklənmə” nədir və qarşısı alınma yolları
– Qida zəhərlənmələri xəstəliklərinin mənbələri və simptomları
– Qida ilə məşğul olan işçilərin qida allergiyalarının qarşısının alınmasındakı rolu və vəzifələri
– Fiziki çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri
– Kimyəvi çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri
– Qida çirklənməsinin səbəbləri və nişanları, onlara qarşı tədbirlər
Modul 3: Qida təhlükəsizliyi üzrə yaxşı praktika
– Qida hazırlanması və saxlanması prosesində temperature nəzarət olunmasının vacibliyi və metodları
– Yüksək səviyyədə şəxsi gigiyenanın qorunub saxlanılmasının vacibliyi və proseduru
– İş yerinin təmiz, səliqəli saxlanılmasının vacibliyi və proseduru
– Həşəratlara nəzarətin vacibliyi və metodları
– Qidanın çatdırılması, saxlanılmasına nəzarət üzrə prosedurlar.
• Modul 4: Qida Təhlükəsizliyi İdarəetmə Sistemi
– HACCP prinsipi əsasında Qida Təhlükəsizliyi İdarəetmə Sisteminə olan hüquqi tələblər
– HACCP sisteminin məqsədi və prinsipləri
Kursun müddəti: 12 saat (2 gün)
Kursun qiymətləndirilməsi: CIEH tərəfindən hazrlanmış 20 sualdan ibarət test əsaslı nəzəri qiymətləndirmə
Kursu uğurla bitirən iştirakçılara CIEH Foundation Certificate in Food Safety (Level 2) üzrə sertifikat təqdim olunur.