SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Qabaqcıl Gigiyena Təcrübələri - GHP - Good Hygiene Practices

G&I Training Academy Əlavə Təhsil Mərkəzi  GHP – QABAQCIL GİGİYENA TƏCRÜBƏLƏRİ (GHP – Good Hygiene Practices) üzrə təlimin keçirilməsini təklif edir. 

Qabaqcıl Gigiyena Təcrübələri (GHP) üzrə təlim proqramı qida məhsullarının emalı sahəində fəaliyyət göstərən obyektlərdə bu sahədə ən yaxşı praktikanı əhatə edir. Təlim proqramı özündə həm yerli həm də beynəlxalq təcrübəni əks etdirməklə qarşıya qoyulan məsələlərdə müasir həll yollarını göstərməkdədir. Bu baxımdan Qabaqcıl Gigiyena Təcrübələri (GHP) üzrə təlim proqramının qida təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Təlimin Məqsədi:  GHP – Good Hygiene Practices – Qabaqcıl Gigiyena Təcrübələri təlim proqramı HACCP qida təhlükəsizliyi idarəetmə sisteminin ilkin şərtlərindən biri hesab edilir və əsasən istehsal, satış və ictimai iaşə obyektlərindəki gigiyena qaydalarını əhatə edir.

 

Təlim kimlər üçün nəzərdə tutulub: 

  • Qida təhlükəsizliyi idarəetmə sisteminın qurulmasına cəlb olunan əməkdaşlar;

  • İstənilən emal mərhələsində və qida zəncirində məhsulun təhlükəsizliyinə cavabdehlik daşıyan əməkdaşlar;

  • Keyfiyyətə nəzarət bölmələrin əməkdaşları;

  • Daxili auditorlar;

  • Fərdi şəxslər;

 

 

Təlimin səmərələri:

GHP – Qabaqcıl Gigiyena Təcrübələri üzrə təlim proqramı özündə qida zəncirində saxlanma və daşınma üzrə fəaliyyət göstərən obyektlərdə  kompleks yerli və beynəlxalq sanitar-gigiyenik və qida təhlükəsizliyi   yanaşmasını ehtiva etməklə bu sahədə təlim iştirakçılarına aşağıdakı səmərələri təklif etmiş olur:

  • Təlim proqramının mənimsənilməsi nəticəsində qida obyektlərində çalışan personalın və digər şəxslərin gigiyena vərdişləri təmərküzləşəcək və qabaqcıl qida təhlükəsizliyi praktikası əldə ediləcək;

  • Təlim proqramı özündə qida obyektlərində personal və infrastrukturdan qaynaqlanan çirklənmələrin aradan qaldırılması və ya minimuma endirilməsi üzrə kompleks tədbirlər məcmuəsini əhatə edir. Bu isə təlim iştirakçılarının gələcək fəaliyyətlərində bu sahə üzrə biliklərin səmərəli və məqsədəuyğun tətbiqinə şərait yaradacaqdır.

 

Mövzular: 

  • Giriş

  • Personalın şəxsi gigiyenası

  • Personalın sağlamlıq vəziyyəti

  • Personalın fərdi təmizliyi

  • Personalın fərdi davranışları

  • Qida obyektində olan ziyarətçilər və qonaqlar haqqında qaydalar

  • İstehsalat binası və digər obyektlərin gigiyenası

  • Bina və digər obyektlərində istifadə olunan avadanlıqların obyektin yerləşmə planına uyğun olaraq dizaynı, mühəndisliyi və quraşdırılması

  • Zay / Uyğun olmayan məhsulların idarə edilməsi qaydaları

  • Köməkçi sahələr və sanitar qovşaqlara olan tələblərin anlaşılması

 

Güzəştlər və imtiyazlar: Təlim Proqramının iştirakçıları aşağıdakı güzəşt və imtiyazlara sahibdirlər:

  • Təlim proqramı bu sahədə təcrübəli təlimçi-ekpert tərəfindən həyata keçirilir. Bu isə təlimin səmərəliliyinə və effektivliyinə zəmanət verir;

  • Təlim proqramı zamanı iştirakçılara mövzuya elektron və çap formatında təlim materialları ilə təmin edilirlər;

  • Təlim proqramı interaktiv formatda təşkil edildiyindən təlimin gedişatında keçilmiş təlim mövzularına dair yerində tapşırıqlar həyata keçirilir ki, bu da təlimin tam mənimsənilməsinə şərait yaradır;

  • Təlim proqramının sonunda iştirakçılara əlavə olaraq qiymətləndirmə imtahanında iştirak edərək məqbul nəticə göstərilən halda “GHP təlim proqramı üzrə müvəffəqiyyət” sertifikatını qazanmaq imkanı yaradılır;

 

Təlim müddəti: 3 gün 

Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

SƏTƏM təlimləri