G&I Training Academy Əlavə Təhsil Mərkəzi Sənayedə Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə ixtisasartırıma və biliklərin yoxlanılması təlim kursu təklif edir.
Kurs Əməyin Mühafizəsi üzrə Mühəndislər və Müəssisənin Rəhbər şəxsləri üçün nəzərdə tutulmuşdur.
Tələb: Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 219. Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi. Bənd 3. İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır.
Kursun müddəti: 30 saat (hər mövzu üzrə 3 saatlıq təlim).
Kursun Proqramına aşağıdakı mövzular daxildir:
Mövzu 1. Əməyin Mühafizəsi üzrə yerli qanunvericilyini tələbləri (Müəssisədə Əməyin Mühafizəsi İdarəetmə sisteminin təşkil edilməsi)
Mövzu 2. Müəssisədə əməyin mühafizəsi xidməti işinin təşkili (Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikasının təşkil edilməsinin əsasları üzrə əmək qanunvericiliyin tələbləri)
Mövzu 3. Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırlması və biliklərinin yoxlanılması qaydaları
Mövzu 4. Texniki Təhlükəsizlik qaydaları
Mövzu 5. Yanğın Təhlükəsizliyi qaydaları
Mövzu 6. Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi
Mövzu 7. Bədbəxt hadisələrin / Qəzaların araşdırılması
Mövzu 8. İlkin yardımın əsasları
Mövzu 9. Elektrik təhlükəsizliyi
Mövzu 10. Yükqaldırma əməliyyatlarının təhlükəsizliyi
TƏLİM METODİKASI və MATERİALLARI:
Təlim metodikası Azərbaycan Respublikas Əməyin mühafizəsi, Yanğın və Texniki Təhlükəsizlik tələblərinə əsasən hazırlanmışdır:
TƏLİMDƏN ƏLDƏ EDƏCƏKLƏRİNİZ:
Əməyin mühafizəsi sahəsində əmək qanunvericiliyin tələbləri;
Müəssisədə əməyin mühafizəsi xidməti işinin təşkili;
Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırlması və biliklərinin yoxlanılması qaydaları;
İş yerlərində Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi;
Əməyin mühafizəsi sahəsində sənədləşmənin tərtib olunması və vəzifə öhdəliklərinin öyrənilməsi;
İşə götürənlərin əməyin mühafizəsi ilə bağlı tələblərinin öyrənilməsi;
Təlim Azərbaycan dilində tədris olunur.
Təlimin sonunda iştirakçıların bilikləri qiymətləndirilir və VƏSİQƏ təqdim olunur.
SƏTƏM Təlim kurslarının Tədris Metodikası "Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" tərəfindən razılaşdırılmışdır. Bununla bağlı web saytımızda bu linkdən baxa bilərsiniz.
G&I Training Academy Əlavə Təhsil Müəssisəsi olaraq “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi”nin rəyi əsasında Əlavə Təhsil fəaliyyəti üzrə Lisenziya əldə etmişdir.
G&I Training Academy Əlavə Təhsil fəaliyyəti üzrə Lisenziyalaşdırılmış, fəaliyyətlərini Personalın Sertifikatlaşdırılması sahəsində ISO/IEC 17024:2014 Beynəlxalq standartı üzrə Akkreditasiya olunmuş Təhsil Mərkəzidir. Akkreditasiya Attestatına bu linkdən baxa bilrəsiniz.