SƏTƏM (HSE)

G&I Training Academy Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) ilə bağlı konsaltinq xidmətlərini təklif edir.

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) ilə bağlı konsaltinq xidmətlərini təklif edir. 

 

Yerli qanunvericiliyin və Beynəlxalq standartların tələbinə əsasən

  • SƏTƏM İdarəetmə Sisteminin qurulması

  • SƏTƏM üzrə Audit və təftişlərin aparılması 

  • İş yerilərinin Attestasiyasının keçirilməsi

  • Bədbəxt hadisələrin, qəzaların araşdırılması və təhlil olunması

  • Texniki Təhlükəsizlik Bəyannaməsinin hazırlanması 

  • ISO 14001 / ISO 45001 standartına əsasən Ətraf Mühit və Peşə Sağlamlığı və Əməyin Mühafizəsi İdarəetmə sisteminin yaradılması

  • SƏTƏM üzrə prosedurların hazırlanması

  • İş yerində Tapşırıqlar üzrə Risklərin Qiymətləndirilməsi

                                                                      

   Konsultasiya xidmətlərinin tətbiqi addımları aşağıdakı kimidir. 

1. Fəaliyyətinin qiymətləndirilməsi  - Müsahibə və müşahidə  yolu ilə araşdırmaların aparılması. Məlumatın toplanılması və əldə olunması. Məlumatın təqdim və emal olunması.

2. Fəaliyyətin Təhlil olunması - Boşluqların, çatışmazlıqların və problemin tapılması. Risk və Təhlükələrin müəyyənləşdirilməsi.

3. Planlaşdırma -  Tətbiq olunacaq sistemin (proqramın) planlaşdırılması. Təhlili və uyğunluğun yoxlanılması. Tətbiq olunma alətlərinin hazırlanması.

4. Təlim -  Ehtiyaclara uyğun olaraq təlimlərin təşkili və keçirilməsi. Ehtiyac olunarsa İcraedici təlimin (Coaching)  təşkili.

5. Tətbiq olunma  -  Planlaşdırmanı müəssisənin fəaliyyətinə tətbiq olunması və real vəziyyətə uyğunlaşdırılması, konsultasiya xidmətlərinin tətbiq olunması, icrası və nəzarət tədbirlərinin hazırlanması.

6. Monitorinq və Təsirin Qiymətləndirməsi - Fəaliyyətin auidit olunması, monitorinqi və qiymətləndirilməsi.

 

SƏTƏM sahəsində xidmətlərimizin əsas hədəfi aşağıdakılardır:

  • İşin İcrasına İcazə (Permit to Work) sisteminin idarə olunması

  • ISO 45001 Peşə sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi | Occupational Health and Safety Management Systems  Standartınn tətbiq olunması

  • SƏTƏM üzrə prosedurların / təlimatların hazırlanması

  • Bədbəxt hadisələrin, Qəzaların araşdırılması və məruzə olunması

  • SƏTƏM Auditinin aparılması

  • Texniki Təhlükəsizlik Bəyannaməsinin hazırlanması