G&I Training Academy Əlavə Təhsil Mərkəzi Konsultasiya Mərkəzi Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən (Maddı 15.) Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər üçün Texniki Təhlükəsizlik Bəyannaməsi nin hazırlanması xidmətlərini təklif edir.
Texniki təhlükəsizlik bəyannaməsində:
qəza və onunla bağlı təhlükənin hərtərəfli qiymətləndirilməsi;
qəzanın baş verməməsi üçün görülən tədbirlərin kifayətləndirici olub-olmaması barədə təhlil;
hüquqi şəxslərin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzanın lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə hazırlığının təmin edilməsi;
qəzanın nəticələrini və dəymiş ziyanın miqyasını azaltmağa yönəldilmiş tədbirlərin işlənib hazırlanması öz əksini tapır.
Bəyannamə hazırlanması üçün ikin olaraq mütəxəssilər tərəfindən obyektlə ətraflı tanışlıq aparılaraq məlumatlar əldə olunur və Bəyannamə hazırlanır.