Əməyin mühafizəsinə dair məsləhət xidmətləri

image not found!

Əməyin mühafizəsinə dair məsləhət xidmətləri

G&I Training Academy Əlavə Təhsil Mərkəzi  Əməyin mühafizəsi və Təhlükəsizlik Texnikasına dair aşağıdakı xidmətləri təklif edir: 

  • Əməyin mühafizəsi üzrə Monitorinq və Auditlərin aparılması;

  • Müəssisədə əməyin mühafizəsinə dair vəziyyətin qiymətləndirilməsi;

  • SƏTƏM üzrə İdarəetmə sisteminin təşkili (yaradılması);

  • Əməyin Mühafizəsi işini İSO 45001:2018 Peşə sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi standartına uyğun qurulması və tətəbiq olunması; 

  • SƏTƏM üzrə Siyasətin hazırlanması;

  • SƏTƏM Planının hazırlanması;

  • Fövqaladə hallara hazırlıq;

  • Fövqaladə hallar zamanı Davranış qaydaları;

  • Qəzaların Ləğvi planının hazırlanması;

  • Texniki təhlükəsizlik bəyannaməsinin hazırlanması;

  • Müəssisənin fəaliyyətinə uyğun vəzifələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün növ təlimatların (Giriş, ilkin, elektrik, yanğın təhlükəsizliyi, və s.) hazırlanması;

  • Prosedurların hazırlanması;

  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun təlimat Jurnallarının tərtib edilməsi;

  • Əməyin mühafizəsi üzrə Giriş təlimatının keçirilməsi;

  • Yanğın təhlükəsizlik qaydalarının (prosedurların / Təlimatların) hazırlanması;

  • İşçilərin Əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılmasının təşkili;

  • Biliklərin yoxlanılması üçün müvafiq Peşələr üzrə sualların (testlərin) hazırlanması, imtahan, protokollaşdırma və vəsiqələrin verilməsi;

  • Təhlükələrin müəyyən olunması və Risklərin Qiymətləndirilməsi;

  • Təhlükələrə qarşı Nəzarət tədbirlərinin hazırlanması;

  • Əməyin mühafizəsinə dair illik tədbirlər planının hazırlanması;

  • Cavabdeh şəxslərin əməyin mühafizəsinə dair vəzifə təlimatı;

  • Xəbərdarlıq işarələri üzrə tələblərin hazırlanması;

  • İşçilərin əməyin mühafizəsi qaydalarına uyğunluğuna nəzarət etmək;

  • Fərdi mühafizə vasitələri (FMV) ilə təminatın müəyyən olunması;

  • Müəssisədə işçilərə peşlərinə dair təlimatların (təlimlərin) keçirilməsi;

  • İş yerlərinin atestasiyasının keçirilməsi;

  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əməyin mühafizəsi tələblərinə dair digər təkliflər.

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 207-ci maddəsinə əsasən: “Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir”.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən: “Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər”.

SƏTƏM (HSE)