SƏTƏM Auditinin aparılması

SƏTƏM Auditinin aparılması

image not found!

SƏTƏM Auditinin aparılması

G&I Training Academy Əlavə Təhsil Mərkəzi müəssisənizdə yerli və Beynəlxalq Standartlar Təşkilatının (ISO- International Organization for Standardization) tələbləri əsasında SƏTƏM Auditinin aparılması xidmətini təklif edir.

Audit peşəkar Lead Auditorlar tərəfindən aparılır.

 

ISO 45001 standartını məqsədi nədir? 

Müəssisənin işçiləri və digər insanlar üçün etibarlı və sağlam, Təhlükəsiz bir iş mühiti təmin etmək, qəzalardan yayınmaq, ölümləri, işlə əlaqədar qəzaların qarşısını almaq və Sağlamlığa zərər vermə və Peşə Sağlamlığı və Təhlükəsizliyi (OH&S) performansını davamlı inkişaf etdirməkdir. 

 

ISO 45001 Standartının faydaları nədir? 

ISO 45001 Standartı Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyinin təmin edilməsi üçün səmərəli idarəetmə təcrübəsini təqdim edir.  Standart təşkilatda işçilərinizin sağlamlığı və təhlükəsizliyi barədə düşündüyünüzü və bu sahədə maraqlı olduğunuzu nümayiş etdirir. Təşkilatınızın əməyin təhlükəsizliyi və peşə sağlamlığı kimi məsələlərdə marağı olduğunu nümayiş etdirmək sizin müvəffəqiyyətinizə müsbət təsir göstərəcək. 

Standartın prinsiplərinə əməl etməklə, aşağıdakı faydaları (səmərələri) verəcək: 

  • Bədbəxt hadisələrin sayının azalması;

  • Qəzaların və peşə xəstəliklərinin azaldılması;

  • İş qəzası və peşə xəstəliyi ilə bağlı yaranacaq maddi və mənəvi itkilərin azaldılması;

  • İş qəzası və peşə xəstəliyi ilə bağlı yaranacaq iş gücü, iş günü itkilərini azaldılması və istehsalda/xidmətdə məhsuldarlığı artırılması;

  • Qanunverici və normativ tələblərə riayət edilməsi; 

  • Sağlamlıq və Əməyin Mühafizəsi sahəsində müəssisənin niyyətinin maraqlı tərəflərə nümayişi;

  • Təhlükəsizlik mədəniyyətinizi inkişaf etdirəcək dəqiq məqsədlərin müəyyənləşdirilməsi, təşkilat daxilində məsuliyyətlərin bölüşdürülməsi yolu ilə təhlükələrə nəzarəti təmin edərək risklərin azaldılması;

  • Yenilikçi və kreativ yanaşmanın tətbiqi;

  • Daha geniş istehlakçı və işgüzar partnyorların qazanılması;

  • Əməyin Təhlükəsizliyi və Sağlamlığın qorunması ilə bağlı Risklərin idarə edilməsində yeni keyfiyyət səviyyəsi;

  • Əməliyyatların effektivliyinin artırılması və nəticə olaraq bədbəxt hadisələrin və istehsalatda vaxt itkisinin azaldılmasını;

  • Sığorta Risklərinin azaldılması;

  • Qanun pozuntuları ilə əlaqədar cərimələrin verilməsi ehtimalının ilə aqədar xərclərin azalması;

  • Təşkilatın imicinin (etibarını və hörmətini) artırılması və inkişaf etdirilməsi;

  • Təşkilatda Müsbət Təhlükəsizlik məsədniyyətinin formalaşdırılmasını; 

  • Müştərilərə, səhmdarlara, ictimai və özəl yoxlama təşkilatları qarşısında özünə inam yaradılması;

  • İş yerlərinin təhlükəsizliyinin/keyfiyyətinin yaxşılaşdırılması, işçilərin əxlaqının və təşkilatın dəyərlərinə bağlılığının artması;

  • Təhlükəsiz fəaliyyət mühitinin təmin olunması;

  • Rəhbərliyin və işçilərin bilik səviyyəsinin və motivasiyasinı artırılması.

ISO 45001 standartını tətbiq etməklə, şirkət iş yerində baş verən bədən xəsarətləri və peşə xəstəlikləri, itirilmiş iş saatları, cərimələr və s. bu kimi problemlərin həlli yollarını daha asanlıqla tapa bilir.    

 

 

 

SƏTƏM (HSE)