SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

SƏTƏM Təlimləri

G&I Training Academy Əlavə Təhsil Mərkəzi  Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) sahəsində spesifik mövzularda yerli Qanunvericiliyin (FHN təsdiqli) və Beynəlxalq standartların tələblərinə uyğun nəzəri və praktiki təlimlərin keçirilməsini təklif edir.

SƏTƏM təlim kurslarının Tədris Metodikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən razılaşdırılmışdır.

 

Eyni zamanda G&I Training Academy əlavə təhsil müəssisəsi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəyi əsasında əlavə təhsil fəaliyyəti üzrə Lisenziya əldə etmişdir.