SƏTƏM Mütəxəssisi ixtisasartırma kursu
G&I Training Academy Əlavə Təhsil Mərkəzi SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində çalışan və bu sahədə peşəkar karyera qurmaq arzusunda olan hər kəs (0-dan başlayanlar) üçün ixtisasartırma kursları təklif edir.
SƏTƏM Təlim kurslarının Tədris Metodikası "Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" tərəfindən razılaşdırılmışdır. Bununla bağlı web saytımızda bu linkdən baxa bilərsiniz.
G&I Training Academy Əlavə Təhsil Müəssisəsi olaraq “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi”nin rəyi əsasında Əlavə Təhsil fəaliyyəti üzrə Lisenziya əldə etmişdir.
G&I Training Academy Əlavə Təhsil fəaliyyəti üzrə Lisenziyalaşdırılmış, fəaliyyətlərini Personalın Sertifikatlaşdırılması sahəsində ISO/IEC 17024:2014 Beynəlxalq standartı üzrə Akkreditasiya olunmuş Təhsil Mərkəzidir. Akkreditasiya Attestatına bu linkdən baxa bilrəsiniz.
KURSUN PROQRAMI
Tədris proqramı: 15 mövzudan ibarətdir. Hər modul üzrə 3 saatlıq nəzəri və praktiki təlim keçirilir.
Kursun Proqramına aşağıdakı mövzular daxildir:
Mövzu 1. SƏTƏM İdarəetmə Sistemi (Müəssisədə Əməyin Mühafizəsi İdarəetmə sisteminin təşkil edilməsi)
Mövzu 2. İşə nəzarət və İşin İcrasına İcazə
Mövzu 3. Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi
Mövzu 4. İş yerində olan əsas Təhlükələr və Nəzarət tədbirləri
Mövzu 5. Yanğın Təhlükəsizliyi qaydaları
Mövzu 6. Bədbəxt hadisələrin / Qəzaların araşdırılması
Mövzu7. İlkin yardımın əsasları
Mövzu 8. Sağlamlıq üçün təhlükəli maddələrə nəzarət (kimyəvi maddələrin təhlükəsizliyi)
Mövzu 9. Ekologiya və Ətraf Mühitin idarə olunması
Mövzu 10. Yükqaldırma əməliyyatlarının təhlükəsizliyi
Mövzu 11. Elektrik təhlükəsizliyi
Mövzu 12. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları
Mövzu 13. Qapalı Sahəyə Giriş
Mövzu 14. Müəssisədə əməyin mühafizəsi xidməti işinin təşkili (Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikasının təşkil edilməsinin əsasları üzrə əmək qanunvericiliyin tələbləri)
Mövzu 15. Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırlması və biliklərinin yoxlanılması qaydaları.
TƏLİMÇİLƏR.
Təmsil etdikləri sahədə 20 ildən çox Beynəlxalq iş təcrübəsi olan peşəkar (professional) mütəxəssislər / mühəndislər tərəfindən tədris olunur.
KURSUN MÜDDƏTİ: 2 ay (50 saat).
Kurs həftədə 2 dəfə (həftə içi) keçirlir. Saat 19:00-dan 22:00-dək. (Axşam saat 7-dən 10:00-dək)
KURSUN METODİKASI / KURS MATERİALLARI
Kursun metodikası yerli qanunvericiliyin və Beynəlxalq standartların tələblərinə əsasən hazırlanmışdır:
Əməyin mühafizəsi və Texniki təhlükəsizlik üzrə Azərbaycan Respublikasının qanunvericiliyi
NEBOSH / Peşə Təhlükəsizliyi və Sağlamlıq üzrə Milli İmtahan Komitəsi/Şurası
IOSH / Peşə Sağlamlığı və Təhlükəsizliyi İnstitutu (Institution of Occupational Safety and Health)
British standards BSI (Occupational Health and Safety Executive)
Kurs Azərbaycan dilində tədris olunur.
Kursu müvəffəqiyyətlə bitirmiş məzunlara 6 sertifikat verilir.
1. Chartered Institute of Environmental Health təsdiqli Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi sahəsində BEYNƏLXALQ sertifikat.
2. Kursun yekun sertifikatı. - "SƏTƏM Mütəxəssisi" ixtisasartırma kursu (HSE Specialist Training Course)
3. "İlk yardım"
4. "Təhlükələrin Müəyyən Olunması və Riskin Qiymətləndirilməsi"
5. "Yanğınla İlkin Mübarizə və Yanğın Nəzarətçisi"
6. "Hadisələrin Araşdırılması və Təməl Səbəbin Təhlili"
Ali təhsili olanlara Lisenziya əsasında “SƏTƏM Mütəxəssisi ixtisasartırma” SERTİFİKATI təqdim olunur.
“G&I Training Academy” Əlavə Təhsil Mərkəzi tərəfindən verilmiş Sertifikat və vəsiqələr bütün dövlət və özəl müəssisələr tərəfindən qəbul olunur və tanınır.
KURSDAN ƏLDƏ EDƏCƏKLƏRİNİZ:
SƏTƏM sahəsində nəzəri və praktiki bilik/bacarıqlar;
Əməyin mühafizəsi sahəsində yerli və Beynəlxalq qanunvericiliyin tələbləri;
İş yerlərində SƏTƏM İdarəetmə (HSE Managment System) sisteminin qurulması və idarə olunması;
İş yerlərində SƏTƏM Auditlərinin, Yoxlamaların (təftiş/inspection) və monitorinq işlərinin aparılması;
İş yerlərində Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi;
SƏTƏM sahəsində sənədləşmənin tərtib olunması və vəzifə öhdəliklərinin öyrənilməsi;
İşə götürənlərin SƏTƏM-lə bağlı tələblərinin öyrənilməsi;
Karyera planlaması və uğurlu iş müsahibəsinin yolları haqqında prkatiki bacarıqlar;
SƏTƏM sahəsində iş tapmaqda və bu sahədə karyeranızın yüksəlməsinə sahib olacaqsınız.
Xülasə Siz bu Təlim kursunda iştirak etməklə SƏTƏM mütəxəssislərinə tələb olunan bilik və bacarıqları praktiki olaraq əldə edəcəksiniz.
Ünvan: "SAT Plaza" Biznes Mərkəzi, 9-cu mərtəbə, Bəşir Səfəroğu küçəsi 133, Bakı şəhəri. (Şahmat klubunun / məktəbinin yanı)
NƏALİYYƏT VƏ UĞURLARIMIZ:
SƏTƏM Mütəxəssisi hazırlıq kursunun məzunları "SOCAR" (Azərbaycan Dövlət Neft Şirkəti), "Great Wall Drilling Company Limited", "Gilan Holding", "Gilan Beton", "Azfen BM", "SOCAR Karbamid zavodu", "ÜSTAY Construction-Contracting and Trading Company", "Veysəloğlu Şirkətlər Qrupu", "SAMSUNG Engeneering", "STP - Sumqayıt Texnologiyalar Parkı", "North West Constraction", "Azərtexnolayn", "AZƏRGOLD QSC", "Təmiz Qaz QSC", "Prokon", "Terra Group", "Best-Baku Electromechanical Systems & Trade LTD", "Management Constraction & Mounting MCM", "AAC" MMM Muasir Tikinti Materiallar Zavodu, "Hidro İnşaat Servis", "Azqur İnter", "Qafqaz-Qəbələ -Tuandağ", "Qafqaz Tufandag Mountain Resort", “AccessBank” QSC, “AZƏRŞƏKƏR” MMC, “İCE DESİGN” MMC, "ASTexnoServis", "Nəzarət Ölçü Cihazları və Avtomatika " MMC, və "Tunel Tikinti Servis" MMC-də kimi şirkətlərdə "Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası" üzrə Mühəndis və Menecer kimi çalışırlar.