Təlimin məqsədi:
SÜTMN maddələrindən çirklənmənin təsirlərindən xəbərdar olmaq;
Zərərli maddələrlə bağlı risklərin azaldılması və ya aradan qaldırılması üçün tələb olunan nəzarət tədbirlərindən xəbərdar olmaq;
Qiymətləndirmənin hazırlanmasında məlumat toplamağı bacarmaq;
Müvafiq sənədlərin tam nümunələrini və toplanmış məlumatı müqayisə edə bilmək;
Nəticələr əsasında qərarlar qəbul edə bilmə və yerində nəzarəti həyata keçirmək.
Təlim kimlər üçün nəzərdə tutulub: Hər bir işçi üçün (Menecerlər, Supervayzerlər, Formenlər, SƏTƏM üzrə vəzifəli şəxslər/məsləhətçilər, inzibati və texniki işçilər).
Təlimi bitirən iştirakçılar aşağıdakı bacarıqları əldə edəcəklər:
İşdə SÜTMN qiymətləndirmələrini effektiv yerinə yetirmək və məlumat toplamaq üçün nümayəndələri bilik və bacarıqları ilə təchiz edəcəkdir.
SÜTMN qanunları daxil olmaqla, müvafiq qanunla müəyyən edilmiş öhdəliklərindən xəbərdar olacaqlar.
SÜTMN materiallarını və mümkün çirklənmə üsullarını müəyyən etməyə bacaracaqlar.
Mövzu:
Giriş
Məqsəd
Kimyəvi Maddələrin Mənbəyi
Məruz Qalma Yolları
Təhlükələr və Nişanlar
Materialın təhlükəsizliyi haqqında məlumat (MSDS)
İşəgötürənlərin və işçilərin qanun qarşısında vəzifələri
Müvafiq fərdi mühafizə vasitələri
Riskin Qiymətləndirilməsi
Riskin idarə olunması ardıcıllığı
Riskin Qiymətləndirilməsi tapşırıqları
Təlimin qiymətləndirilməsi
Kursun Müddəti: 1 gün
Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.