SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Əməyin mühafizəsi idarə etmə sistemi üzrə əmək qanunvericiliyin tələbləri

G&I Training Academy ƏlavəTəhsil Mərkəzi Əməyin Mühafizəsi üzrə Yerli Qanunvericiliyin tələbləri mövzusunda təlim elan edir. 

 

Təlimin məqsədi: Müəssisədə Əməyin Mühafizəsi üzrə işlərin təşkilinin yerli qanunvericiliyin tələbləri əsasında necə aparılması haqqında məlumatlandırmaq.

Təlim kimlər üçün nəzərdə tutulub: İnsan Resursları üzrə mütəxəssislər, Əməyin Mühafizəsi işlərinin təşkili üzrə məsul şəxslər, SƏTƏM Mütəxəssisləri, SƏTƏM Təlimçiləri, İşə götürənlər və bu sahədə biliklərə sahib olmaq istəyən hər kəs.

Təlim kursunu bitirdikdən sonra Müəssisədə əməyin mühafizəsi üzrə işlərin təşkilini yerli qanunvericilik əsasında necə aparılmasının öyrənəcəksiniz. 

İştirakçılara Əməyin mühafizəsi norma və qaydalarını Azərbaycan Respublikası Əmək Məcəlləsi çərçivəsində, Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, müvafiq icra hakimiyyəti orqanlarının təsdiqlədiyi Qaydalar, Təlimatlar, digər normativlər və standartlar haqqında məlumat veriləcək. 

 

Təqdimat:

Müəssisədə rəhbər işçilər və mühəndis texniki heyyət (vəzifəli çəxslər)Əməyin Mühafizəsi  İdarəetmə sistemi üzrə bilik və bacarıqlarının artırılması.(ARƏM maddə 215 və 219)

Maddə219.Əməyin mühafizəsi  üzrə mütəxassislərin hazırlanması  və  işçilərin təlimi .(3).İşəgötürənlər Və müəssələrin rəhbər işçiləri  üç ildə bir dəfədən  az olmayaraq  əməyin mühafizəsi  üzrə vaxtaşırı  ixtisas artırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır.

Təlim kimlər üçün nəzərdə tutulub: İşəgötürən MTH Əməyin mühafizəsi işlərinin təşkili üzrə məsul şəxslər  İR üzrə mütəxəssis  və bu sahədə biliklərə sahib olmaq istəyən hər kəs.

İştirakçılara AR Əməyin mühafizəsi norma və qaydalarını Əmək  məcəlləsi  çərçivəsində Nazirlər  Kabinetinin  qəbul etdiyi  qərarlar, müvafiq icra hakimiyyəti orqanlarının təsdiqlədiyi qaydalar, təlimatlar digər normativlər  və standartlar haqqında məlumat  veriləcək.

 

Mövzular: 

  • ƏMİS dair ümumi məlumat

  • Əmək hüququnun  əsas  müddəaları

  • Əməyin mühafizəsi hüquqi  əsasları

  • AR əmək məcəlləsi  müvafiq  maddələr

  • Müəssisədə əməyin mühafizəsinə dair işin təşkil edilməsi

  • Təhlükəli və zərərli  istehsalat amilləri və onlardan müdafiə tədbirləri

  • İstehsalada bədbəxt hadisələrin  və peşə xəstəliyinin rəsmiləşdirilməsi  və qeydiyyat qaydalarına dair qısa məlumat.

Təlim müddəti: 1 gün

Təlimin keçirildiyi dil: Azərbaycan

Təlimdə iştirak edənlərə SERTİFİKAT təqdim olunur. 

SƏTƏM təlimləri