SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları təlimi 

G&I Training Academy  ƏlavəTəhsil Mərkəzi Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları təlimi elan edir. 

 

Təlimin məqsədi: 

  • Qanunvercilik haqqında məlumatın verimləsi  - “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələbləri. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin № 20/01-005 24 oktyabr 2016-cı il Qərarı.

  • Hündürlükdə işləyən işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsinin metod və üsullarının öyrədilməsi;

  • Hündürlükdə işlərlə bağlı risklər, təhlükələr haqqında məlumatın verilməsi;

  • Hündürlükdə işlərlə bağlı yarana biləcək təhlükələrin azaldılması, qabaqlayıcı (önləyici) tədbirlərin görülməsi və nəzarət edilməsi metodlarının izah edilməsi;

  • Hündürlükdə işləri icra edən işçilərin təhlükəsizliyini təmin etmək üçün lazım olan minimum tələblərin izah olunması;

  • Hündürlükdə işləyən personalın təhlükəli davranışlarının qarşısının alınması. 

  • Hündürlükdə işləyən personalın Fərdi Mühafizə Vasitələrinin (qoruyucu avadanlıqların) düzgün seçilməsi və istifadə qaydalarının örədilməsi;

  • Qəza vəziyyətləri yaranarkən və xilasetmə işlərinin həyata keçirilməsi zamanı işçilərin təxliyyəsi və xilas edilməsi üzrə tədbirlər haqqında məlumatın verilməsi;

 

 

Təlim kimlər üçün nəzərdə tutulub: Hündürlükdə işləri həyata keçirən bütün işçi heyəti üçün nəzərdə tutulmuşdur. 

 

Mənbə: Bu təlim materialı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na (24 oktyabr 2016-cı il tarixli qərar № 20/01-005, Qüvvəyə minmə tarixi (04.11.2016) istinad edilərək hazırlanmış və bununla yanaşı Beynəlxalq təcrübəyə əsaslanılmışdır.

  

Mövzular: 

  • Giriş

  • Qanunvericlik.

  • Hündürlükdə iş nədir

  • Hündürlükdə işləyən işçilərə dair tələblər

  • Hündürlükdə görülən işlər zamanı əsas təhlükə və risklər

  • Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi

  • Hündürlükdə görülən işlər zamanı nəzarət tədbirləri

  • Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin tətbiqinə dair tələblər

  • Hündürlükdə istifadə olunan yıxılmaya qarşı mühafizə sistemləri

  • Hündürlükdə istifadə olunan anker nöqtələri.

  • Nərdivan və pilləkənlərin tətbiqi zamanı təhlükəsizlik qaydaları

  • Hündürlükdə xilasetmə

  • Təlimin yekunlaşdırılması və biliklərin qiymətləndirilməsi (nəzəri və praktiki)

 

Təlim müddəti: 2 gün (nəzəri və praktik hissə)

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara VƏSİQƏ təqdim olunur. 

SƏTƏM təlimləri