SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Narkotik vasitələrdən və Alkoqoldan istifadəyə dair məlumatlılıq təlim kursu

G&I Training Academy  əlavə təhsil mərkəzi  Narkotik vasitələrdən və Alkoqoldan istifadəyə dair məlumatlılıq mövzusunda təlim təklif edir.Təlim kursu yerli Qanunvericiliyin  və Beynəlxalq standartların tələblərinə uyğun  təlimlərin keçirilməsini təklif edir.

 

 

Təlimin məqsədi:

Bütün işçilərin Narkotik vasitələrdən və Alkoqoldan İstifadə problemləri və onların gündəlik həyatına  potensial təsirləri  ilə bağlı ümumi məlumat verməkdən ibarətdir:

  • Alkoqol və Narkotik vasitələrdən istifadə bizə necə təsir göstərir?

  •  Alkoqol və qeyri-qanuni narkotik istifadə əlamətlərini tanıyın.

  • İş yerini təhlükəsiz saxlamaq üçün hesabatın verilməsi əhəmiyyəti. 

  • Erkən Müdaxilə

 

Mövzular: 

  • Narkotik vasitələrlə və alkoqolla bağlı əsas faktlar və onların sağlamlığa təsiri.

  •  Narkotik vasitələrin və alkoqolun şirkət əməliyyatlarına, məhsuldarlığına, işçilərin sağlamlığına və təhlükəsizliyinə necə təsir göstərməsi.

  •   Narkotik vasitələrin və alkoqolun ailəyə, iş münasibətlərinə və bütövlükdə cəmiyyətə necə təsir göstərməsi.

  •   Narkotik vasitələrdən və alkoqoldan istifadə və İİÇ / QİÇS və digər xəstəliklər arasındakı əlaqələr.

  •   Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təhlükələr və cərimələr.

  •  Narkotik vasitələrdən və alkoqoldan istifadə ilə əlaqədar baş verən bədbəxt hadisələrin nümunələri.

 

Təlim müddəti: 1 gün

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis və Rus

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur. 

SƏTƏM təlimləri