SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Əməyin Mühafizəsi üzrə Beynəlxalq Təlim Sertifikatı

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Böyük Britaniyanın Chartered Institute of Environmental Health (CIEH) təşkilatının rəsmi təsdiq olunmuş Lisenziyalı Təlim provayderi olaraq fəalliyyət göstərir. 

 

Peşə sağlamlığı və Əməyin Təhlükəsizliyi (Occupational Health and Safety) mövzuda 3 səviyyədə təlim təşkil olunur.

  • Introductory Occupational Health and Safety (Level 1)

  • Foundation Occupational Health and Safety (Level 2)

  • Intermediate Occupational Health and Safety (Level 3)

Hər 3 səviyyədə təlimlər təşkil olunur və hər səviyyəyə uyğun olaraq BEYNƏLXALQ SERTİFİKAT təqdim olunur.

 

Peşə sağlamlığı və Əməyin Təhlükəsizliyi - Intermediate Occupational Health and Safety (Level 3)

 

Kurs kimlər üçündür?

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində karyera qurmaq istəyən şəxslər

  • SƏTƏM sahəsi üzrə təhsil alan şəxslər

  • SƏTƏM sahəsi üzrə biliklərini inkişaf etdirmək istəyən şəxslər

  • SƏTƏM üzrə öhdəliyi olan menecer və supervayzerlər

  • Öyrənmə və inkişaf üzrə kouçlar

 

Kurs aşağıdakı modullardan ibarətdir:

Modul 1: Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi

  • Əməyin mühafizəsində yerli əmək qanunvericiliyinin tələbləri

  • Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsinin prinsipləri

  • Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sisteminin elementləri

  • İstifadə olunan əsas terminlər

  • Praktiki tapşırıq

 

Modul 2: Planlaşdırma

  • Risklərin qiymətləndirilməsi və yaranan imkanlar

  • Sağlamlıq və təhlükəsizlik siyasətləri

  • Hüquqi müstəvi

  • Vəzifə və öhdəliklər

  • Sağlamlıq və təhlükəsizlik üzrə məqsədlər

  • Praktiki tapşırıq

 

Modul 3: Risk profilinin yaradılması

  • Risk yönümlüyün üstünlükləri

  • İşlə əlaqədar xəsarət və xəstəliklərin xərci

  • Vəzifə və öhdəliklər

  • Riskin qiymətləndirilməsi prosesi

  • Spesifik riskin qiymətləndirilməsi

  • Nəzarət tədbirləri

  • Praktiki tapşırıq

  •  

Modul 4: İşlə əlaqədar xəsarətlər – təhlükələr – nəzarət tədbirləri

  • İş yeri və tələblər

  • Hündürlükdə iş

  • İş avadanlıqları

  • Yanğın və partlayış

  • Elektrik

  • Qapalı sahə

  • Qazıntı təhlükəsizliyi

  • Mexaniki dağıntı təhlükəsizliyi

  • İş yerində nəqliyyat

  • İşlə əlaqədar zorakılıq

  • Spirtli içki və narkotiklər

  • Praktiki tapşırıq

 

Modul 5: İşlə əlaqədar xəstəliklər – təhlükələr – nəzarət tədbirləri

  • Yüklərin əl ilə daşınması

  • Təhlükəli maddələr / COSHH

  • Azbest

  • Səs-küy və titrəyiş

  • Tapşırıq, iş sistemi və ətraf mühit

  • İşlə əlaqədar stres

  • Ofis təhlükəsizliyi və erqonomika

  • Ətraf mühit / tullantıların idarə olunması

  • Praktiki tapşırıq

 

Modul 6: Təşkiletmə və tətbiqetmə

  • Nəzarət

  • Əməkdaşlıq

  • Kommunikasiya

  • Səriştə

  • Sənədləşmə və qeydlər

  • Fövqəladə hallara hazırlıq və cavab tədbirləri

  • Praktiki tapşırıq

 

Modul 7: Fəaliyyətin / performansın yoxlanılması

  • Fəaliyyətin ölçülməsi

  • Fəaliyyətin monitorinq olunması

  • Qəzaların qeydiyyatı və məruzə olunması

  • Qəzaların araşdırılması

  • Praktiki tapşırıq

 

Modul 8: Fəaliyyətin / performansın yenidən nəzərdən keçirilməsi

  • Rəhbərlik tərəfindən yenidən baxış

  • Davamlı inkişaf

  • Praktiki tapşırıq

 

Kursun müddəti: 30 saat (5 gün)

Kursun qiymətləndirilməsi: CIEH tərəfindən hazrlanmış 40 sualdan ibarət test əsaslı nəzəri qiymətləndirmə

Kursu uğurla bitirən iştirakçılara CIEH Intermediate Occupational Health and Safety (Level 3) üzrə sertifikat təqdim olunur.

 

                        

SƏTƏM təlimləri