G&I Training Academy Əlavə Təhsil Mərkəzi Exemplar Global təsdiqli Process Safety Management - PSM (Proses Təhlükəsizliyinin idarə edilməsi) təlim kursu təklif edir.
Təlimin məqsədi: Bu təlim proses təhlükəsizliyi sahəsində bilikləri dərinləşdirmək, OSHA-nın 14 əsas PSM elementi üzrə idarəetmə sistemli yanaşmanı mənimsətmək və real sənaye hadisələri (case study) üzərindən praktiki təhlil bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
Təlimin müddəti: 2 gün (15 saat)
Təlimin 1-ci günü.
Proses Təhlükəsizliyinin Əsasları və Risklərin Qarşısının Alınması
Giriş hissə
Təlimin məqsədi, strukturu və sertifikatlaşdırma prosesi
PSM-in Management Proqram kimi rolu
Proses təhlükəsizliyinin biznesə, insanlara və ətraf mühitə təsiri
Korporativ amneziya
Sənayedə baş vermiş böyük qəzaların zamanla unudulması
Hadisələrdən öyrənməməyin riskləri
Təhlükəsizlik mədəniyyətində “lesson learned” anlayışı
Proses təhlükəsizliyi və SƏTƏMM arasında fərqlər (Iceberg modeli)
Occupational safety vs Process safety
Görünən və görünməyən risklər
Niyə “sıfır xəsarət” böyük qəzanın qarşısını almağa yetərli deyil
PSM (Process Safety Management) üzrə mədəniyyət
Liderliyin rolu və məsuliyyəti
Proses təhlükəsizliyində davranış və qərarvermə
Təhlükəsizlik mədəniyyətinin PSM elementlərinə təsiri
Proses təhlükəsizliyi nədir?
Proses təhlükəsizliyinin tərifi
“Loss of Containment” anlayışı
Proses qəzalarının tipik səbəbləri
Proses təhlükəsizliyi idarəetmə sistemi (model)
OSHA PSM – 14 əsas element
Elementlərin bir-biri ilə əlaqəsi
Management system yanaşması
Case study – Dünyada baş vermiş ən böyük sənaye hadisələri
Böyük qəzaların nəticələri (insan, ətraf mühit, reputasiya)
Piper Alpha və oxşar hadisələrdən çıxarılan dərslər
Hansı PSM elementləri uğursuz oldu?
Təlimin 2-ci günü.
Təhlükəli Maddələr, Hadisələr və İdarəetmə Mexanizmləri
Kimyəvi maddələrin idarə olunması
Təhlükəli kimyəvi maddələrin identifikasiyası
Saxlanma, etiketləmə və uyğunluq tələbləri
SDS / MSDS anlayışı
Qarışıq bağlantılar və toksik nəticələr (mixed connection – toxic result) (Video və vizual materiallar əsasında izah)
Proses təhlükəsizliyi – yerli qanunvericilik
Əmək Məcəlləsi üzrə tələblər
Təhlükəsiz və sağlam iş şəraitinin yaradılması
İşəgötürənin məsuliyyətləri
Risklərin qarşısının alınması öhdəlikləri
Fövqəladə Hallar Nazirliyinin normativ aktları
Təhlükəli maddələrin saxlanılması və daşınması
Qaz və kimya sənayesində təhlükəsizlik tələbləri
Sənaye obyektlərində risklərin qiymətləndirilməsi
OSHA PSM – tətbiqi baxış
Proses təhlükəsizliyi məlumatları (PSI)
Proses təhlükəsinin təhlili (PHA / HAZOP)
Təlimat və prosedurlar
Mexaniki bütövlük
İş icazələri sistemi (Hot Work)
Dəyişikliklərin idarə edilməsi (MOC)
Hadisələrin araşdırılması
Fövqəladə hallara hazırlıq
Podratçıların idarə olunması
Təlim və audit mexanizmləri
Case study – Loss of Containment (Bow-Tie / LOPA yanaşması)
Səbəblər – baryerlər – nəticələr
Preventiv və mitigativ tədbirlər
Management Program çərçivəsində nəzarət
Təlimin yekunu
PSM-in təşkilati sistem kimi rolu
Təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi
Təlimin keçirilmə dili: Azərbaycan dili.
Təlim online və canlı olaraq keçirilir.
Təlim kursunu müvəffəqiyyətlə keçmiş dinləyicilərə Exemplar Global tərəfindən təsdiqlənmiş Beynəlxalq sertifikat təqdim ediləcək.
Bizimlə əlaqə:
Web: www.gitrainingacademy.az
Mobile: +994 55 687-80-35 (Whatsapp)
E-mail: info@gitrainingacademy.az