SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

Proses Təhlükəsizliyinin idarə edilməsi

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Exemplar Global təsdiqli Process Safety Management - PSM (Proses Təhlükəsizliyinin idarə edilməsi) təlim kursu təklif edir.

 

Təlimin məqsədi: Bu təlim proses təhlükəsizliyi sahəsində bilikləri dərinləşdirmək, OSHA-nın 14 əsas PSM elementi üzrə idarəetmə sistemli yanaşmanı mənimsətmək və real sənaye hadisələri (case study) üzərindən praktiki təhlil bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

 

Təlimin müddəti: 2 gün (15 saat)

 

Təlimin 1-ci günü.

Proses Təhlükəsizliyinin Əsasları və Risklərin Qarşısının Alınması

Giriş hissə

  • Təlimin məqsədi, strukturu və sertifikatlaşdırma prosesi

  • PSM-in Management Proqram kimi rolu

  • Proses təhlükəsizliyinin biznesə, insanlara və ətraf mühitə təsiri

 

Korporativ amneziya

  • Sənayedə baş vermiş böyük qəzaların zamanla unudulması

  • Hadisələrdən öyrənməməyin riskləri

  • Təhlükəsizlik mədəniyyətində “lesson learned” anlayışı

​​​​​​​

Proses təhlükəsizliyi və SƏTƏMM arasında fərqlər (Iceberg modeli)

  • Occupational safety vs Process safety

  • Görünən və görünməyən risklər

  • Niyə “sıfır xəsarət” böyük qəzanın qarşısını almağa yetərli deyil

​​​​​​​

PSM (Process Safety Management) üzrə mədəniyyət

  • Liderliyin rolu və məsuliyyəti

  • Proses təhlükəsizliyində davranış və qərarvermə

  • Təhlükəsizlik mədəniyyətinin PSM elementlərinə təsiri

​​​​​​​

Proses təhlükəsizliyi nədir?

  • Proses təhlükəsizliyinin tərifi

  • “Loss of Containment” anlayışı

  • Proses qəzalarının tipik səbəbləri

​​​​​​​

Proses təhlükəsizliyi idarəetmə sistemi (model)

  • OSHA PSM – 14 əsas element

  • Elementlərin bir-biri ilə əlaqəsi

  • Management system yanaşması

​​​​​​​

Case study – Dünyada baş vermiş ən böyük sənaye hadisələri

  • Böyük qəzaların nəticələri (insan, ətraf mühit, reputasiya)

  • Piper Alpha və oxşar hadisələrdən çıxarılan dərslər

  • Hansı PSM elementləri uğursuz oldu?

 

Təlimin 2-ci günü.

Təhlükəli Maddələr, Hadisələr və İdarəetmə Mexanizmləri

Kimyəvi maddələrin idarə olunması

  • Təhlükəli kimyəvi maddələrin identifikasiyası

  • Saxlanma, etiketləmə və uyğunluq tələbləri

  • SDS / MSDS anlayışı

  • Qarışıq bağlantılar və toksik nəticələr (mixed connection – toxic result) (Video və vizual materiallar əsasında izah)

​​​​​​​

Proses təhlükəsizliyi  – yerli qanunvericilik

Əmək Məcəlləsi üzrə tələblər

  • Təhlükəsiz və sağlam iş şəraitinin yaradılması

  • İşəgötürənin məsuliyyətləri

  • Risklərin qarşısının alınması öhdəlikləri

​​​​​​​

Fövqəladə Hallar Nazirliyinin normativ aktları

  • Təhlükəli maddələrin saxlanılması və daşınması

  • Qaz və kimya sənayesində təhlükəsizlik tələbləri

  • Sənaye obyektlərində risklərin qiymətləndirilməsi

​​​​​​​

OSHA PSM – tətbiqi baxış

  • Proses təhlükəsizliyi məlumatları (PSI)

  • Proses təhlükəsinin təhlili (PHA / HAZOP)

  • Təlimat və prosedurlar

  • Mexaniki bütövlük

  • İş icazələri sistemi (Hot Work)

  • Dəyişikliklərin idarə edilməsi (MOC)

  • Hadisələrin araşdırılması

  • Fövqəladə hallara hazırlıq

  • Podratçıların idarə olunması

  • Təlim və audit mexanizmləri

​​​​​​​

Case study – Loss of Containment (Bow-Tie / LOPA yanaşması)

  • Səbəblər – baryerlər – nəticələr

  • Preventiv və mitigativ tədbirlər

  • Management Program çərçivəsində nəzarət

​​​​​​​

Təlimin yekunu

  • PSM-in təşkilati sistem kimi rolu

  • Təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi

  • Sertifikatlaşdırma və növbəti addımlar​​​​​​​

 

Təlimin keçirilmə dili: Azərbaycan dili.

Təlim online və canlı olaraq keçirilir.

Təlim kursunu müvəffəqiyyətlə keçmiş dinləyicilərə Exemplar Global tərəfindən təsdiqlənmiş Beynəlxalq sertifikat təqdim ediləcək.

 

Bizimlə əlaqə:
Web: www.gitrainingacademy.az
Mobile: +994 55 687-80-35 (Whatsapp)
E-mail: info@gitrainingacademy.az 

 

Qeydiyyat

SƏTƏM təlimləri