
Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Peşəkar Proqram.
(Occupational Safety and Health Professional Program)
1. Proqram haqqında
Occupational Safety and Health Professional proqramı Ümumi Sənaye (General Industry) üzrə genişhəcmli peşəkar təhlükəsizlik təlim proqramıdır. Proqram iştirakçıların əməyin təhlükəsizliyi və sağlamlığı üzrə biliklərini genişləndirməyə və iş yerində təhlükəsizliyin idarə edilməsi sahəsində praktiki bacarıqlar formalaşdırmağa yönəlib.
2. Proqramın məqsədi
Proqramın məqsədi iştirakçılara iş yerində təhlükələri tanımaq, təhlükəsizlik və sağlamlıq proqramlarını daha effektiv idarə etmək və təhlükəsizlik üzrə daha geniş məsuliyyətlərə hazırlaşmaq üçün bilik və bacarıqlar qazandırmaqdır.
3. Təlimin faydaları və üstünlükləri
Proqram iştirakçılara:
• iş yerində təhlükələri tanımaq;
• əməyin təhlükəsizliyi və sağlamlığı üzrə bilikləri genişləndirmək;
• təhlükəsizliyin idarə edilməsi üzrə praktiki biliklər formalaşdırmaq;
• təhlükəsizlik və sağlamlıq proqramlarının hazırlanması və idarə edilməsini öyrənmək;
• təhlükəsizlik sahəsində peşəkar inkişaf üçün baza yaratmaq imkanı verir.
4. Kimlər üçün nəzərdə tutulub?
Proqram supervisorlar, menecerlər, direktorlar, konsultantlar və əməyin təhlükəsizliyi və sağlamlığı üzrə biliklərini dərinləşdirmək və daha böyük məsuliyyətlərə hazırlaşmaq istəyən şəxslər üçün nəzərdə tutulub.
5. Kimlər iştirak edə bilər?
Əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində biliklərini genişləndirmək, təhlükəsizlik idarəetməsi üzrə bacarıqlarını inkişaf etdirmək və peşəkar inkişafını davam etdirmək istəyən şəxslər iştirak edə bilərlər.
6. Əsas mövzular / Course Outline
Proqramda aşağıdakı kurslar tələb olunur:
Beynəlxalq iştirakçılar üçün proqram 25 kursdan ibarətdir. 708 – OSHA 300 Recordkeeping kursu yalnız ABŞ üzrə OSHA uçot tələblərinə aid olduğundan ABŞ-dan kənarda olan iştirakçılar üçün tələb olunmur.
7. Peoqramın müddəti: 132 saat
8. Təlimin keçirilmə forması
OSHAcademy-nin rəsmi proqram səhifəsində proqramın onlayn, iştirakçının öz tempində təlim formatında təqdim edildiyi göstərilir. G&I Training Academy tərəfindən keçiriləcək ATP təliminin konkret formatı ayrıca müəyyən edilir.
9. Təlimin dili
Azərbaycan dilində təqdimat üçün G&I Training Academy tərəfindən uyğunlaşdırılır. Kursun rəsmi məzmunu OSHAcademy proqramına əsaslanır.
10. Qiymətləndirmə və imtahan
Kurs materialları və bilik yoxlamaları tamamlandıqdan sonra kurs imtahanı keçirilir. İmtahanlar çoxseçimli suallardan ibarətdir. İmtahanın müddəti 2 saatdır və açıq kitab formatındadır. Keçid üçün minimum nəticə 70%-dir. İmtahanın sual sayı kursun məzmunundan asılı olaraq 10–50 arasında dəyişir və əksər kurslarda 20 sual olur.
11. Sertifikat
OSHAcademy-nin rəsmi məlumatına əsasən, 132 saatlıq proqram üzrə sertifikat paketi əldə edildikdə iştirakçıya 132-hour OSH Professional sertifikatı ilə yanaşı proqram çərçivəsində tamamlanan 6 əlavə proqram üzrə də proqram sertifikatları təqdim olunur:
• 48-hour Occupational Safety and Health Manager
• 44-hour Occupational Safety and Health Specialist
• 36-hour OSH Train-the-Trainer
• 36-hour Occupational Safety and Health Supervisor
• 36-hour Safety Committee Chair
• 32-hour Safety Committee Member
Beləliklə, proqram üzrə ümumilikdə 7 proqram sertifikatı təqdim edilir.
IACET
Proqramın tələb olunan kurslarının OSHAcademy tərəfindən göstərildiyi kimi IACET CEU üçün uyğunluğu mövcuddur.