Qazanxana maşinisti

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Qazanxana Maşinisti mövzusunda təlim təklif edir.

 

Qazanxana operatoru təlim kursunun Tədris Metodikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən razılaşdırılmışdır.

 

Eyni zamanda G&I Training Academy əlavə təhsil müəssisəsi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəyi əsasında əlavə təhsil fəaliyyəti üzrə Lisenziya əldə etmişdir.

 

Təlimin məqsədi: 

  • İstilik qurğularının  texniki  istismar zamanı təhlükəsizlik qaydaları üzrə məlumatın verilməsi

  • İstilik qurğularının yanğın təhlükəsizliyi qaydaları haqqıdna məlumatn verilməsi

  • Qazanxana operatorları və maşinistlərinin bilik və bacarıqlarını artırmaq

  • Qazanxana operatorlarının vəzifələri ilə maarifləndirmək 

  • Qazanxana operatorları və maşinistlərini Qazanxana qurğularına dair Azərbaycan Respublikasında qüvvədə olan Qanunvericilik və digər tələblər barədə məlumatlandırmaq

  • Qazanxanaların təsnifatı

  • Qazanxananın təyinatı və yerləşdirilməsi 

  • Qazanxananın yanacaq, elektrik və su təchizatı, Qazanxana avadanlıqları, Buxar və suqızdırıcı qazanların iş prinsipi ilə tanış etmək

 

 

Təlim kimlər üçün nəzərdə tutulub:  Mühəndislər, Qazanxana operatorları, Əməliyyatçlar, Qazanxana maşinistləri və qazanxana işlərinə dair məsul şəxslər üçündür.  

 

Mövzular: 

  • Giriş. Terminlər və anlayışlar

  • Məqsəd və anlayışlar

  • Qanunvericilik və digər tələblər

  • Qazanxana qurğularına dair Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlər 

  • İstilik şəbəkələri haqqında ümumi məlumatlar

  • İstilik sistemlərinin hazırlanıb işə qoşulma qaydaları

  • Qazanxana qurğuları 

  • Qazanxanaların təsnifatı

  • Qazanxananın təyinatı və yerləşdirilməsi (iş prinsipi)

  • Qazanxana avadanlıqları haqqında ümumi məlumat

  • İstilik təchizatı sistemi

  • Buxar və suqızdırıcı qazan qurğuları

  • Qazanxananın yanacaq, elektrik və su təchizatı

  • Buxar və su qızdırıcı qazanların iş prinsipi

  • İstilik enerji qurğularının istismarının təşkili

  • İşçi heyətin vəzifələri

  • İşçi heyətə və onun hazırlığına dair tələblər

  • Əməliyyatçının (Qazanxana operatorunun) vəzifələri

  • Qazanxanada texniki Təhlükəsizlik qaydaları

  • Qazanxana operatorunun Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Peşə Təlimatı

  • Qəza və yanğın əleyhinə nəzarət - yoxlama 

  • Qazanxanada Yanğın təhlükəsizliyi Qaydaları

  • İstilik və ventilyasiya sistemlərinə dair yanğın təhlükəsizliyi tələbləri

  • Yanğınların qarşısının alınması

  • Yanğınların söndürülməsi və qəzaların aradan qaldırılması zamanı təhlükəsizlik tədbirləri

 

 

Təlim müddəti: 2 gün 

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan və Rus dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara FHN metodika təsdiqli Sertifikat (və ya Vəsiqə formalı) təqdim olunur.