G&I Training Academy Əlavə Təhsil Mərkəzi yerli və Beynəlxalq standartların tələbləri əsasında Fövqəladə hallara hazırlıq və Fövqəladə hallar zamanı davranış qaydaları mövzusunda təlim təklif edir.
Təlimin məqsədi:
Fövqəladə hallara öncədən hazırlıq işlərinin görülməsi
Fövqəladə hallar zamanı davranış qaydaları
Peşəkar (professional) Fövqəladə xilasetmə komandası gələnədək vəziyyəin idarə olunması
Düzgün planlaşdırma və nəzarət tədbirlərinin görülməsi sahəsində bilik və bacarıqlarını öyrənilməsi.
Təlimi kursunu bitirdikdən sonra iştirakçılar (dinləyicilər) aşağıdakı bilik və bacarıqları mənimsəmiş olacaqlar:
Fövqəladə hallar (FH) zamanı sahə rəhbərliyinin rolları və vəzifələri.
FH-ları idarə edərkən prioritetlərin necə qiymətləndirilməsi və effektiv qərarların necə verilməsi.
FH boyunca effektiv kommunikasiyaya necə nail olmalı və onu necə davam etdirməli.
FH-lara Reaksiya komandasının üzvləri, sahə işçiləri və xarici resurslarının rəhbər heyət vasitəsilə necə nəzarət və liderlik edilməsi.
FH-ların idarə edilməsi strukturunda stresin təsirlərini anlamaq, onun təsirlərini azaltmaq və təsir altında olan personalın idarə edilməsi.
Təlim kimlər üçün nəzərdə tutulub: Fövqəladə hallar zamanı xilasetmə komandası (Çevik müdaxilə komandası - Emergency Response Team (ERT), müəssiənin könüllü yanğından mühafizə dəstələri, komandaları, drujinaçılar, Tibbi yardım komandası və rəhbər heyət üçün nəzərdə tutulmuşdur.
Mövzular:
Giriş
Qanunvericilik. Fövqəladə Hallar (FH) zamanı davranış qaydaları
Fövqəladə hallar nədir
Fövqəladə halların təsnifatı və növləri
Təbii xarakterli fövqəladə vəziyyətlər
Texnogen xarakterli fövqəladə hallar
Fövqəladə Halların idarə olunması
Səriştəliliyin elementləri
FH komandası
FH-ların idarə edilməsi komandasının rolları və məsuliyyətləri
FH-lara reaksiya təliminin əhəmiyyəti
FH-lara hazırlıq
Planlaşdırma
Məlumatın (informasiyanın) idarə olunması / Effektiv kommunikasiya
Əsas heyət (personal)
FH-lara qarşı reaksiya planı
FH zamanı stres və stresin idarə olunması
Qiymətləndirmə (yazılı test və praktiki məşğələlərin qiymətləndirilməsi)
Təlim müddəti: 2 gün (nəzəri və praktik hissə)
Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.
Sertifikatın etibarlılıq müddəti: 3 il