SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi mövzusunda təlim elan edir. 

 

Təlimin məqsədi: Müəssisədə Əməyin Mühafizəsi idarəetmə sisteminin təşkilinin yerli qanunvericiliyin tələbləri əsasında necə aparılması haqqında məlumatlandırmaq. 

 

Təlim kimlər üçün nəzərdə tutulub: İnsan Resursları üzrə mütəxəssislər, Əməyin Mühafizəsi işlərinin təşkili üzrə məsul şəxslər, SƏTƏM Mütəxəssisləri, SƏTƏM Təlimçiləri, İşə götürənlər və bu sahədə biliklərə sahib olmaq istəyən hər kəs.

 

Təlim kursunu bitirdikdən sonra Müəssisədə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə işlərin təşkilini yerli qanunvericilik əsasında necə aparılmasının öyrənəcəksiniz. 

İştirakçılara Əməyin mühafizəsi norma və qaydalarını Azərbaycan Respublikası Əmək Məcəlləsi çərçivəsində, Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, müvafiq icra hakimiyyəti orqanlarının təsdiqlədiyi Qaydalar, Təlimatlar, digər normativlər və standartlar haqqında məlumat veriləcək. 

 

Mövzular: 

  • Giriş

  • Əmək hüququnun əsas müddəaları

  • Əməyin mühafizəsi hüquqi əsasları

  • Əmək Məcəlləsi 

  • Müəssisədə əməyin mühafizəsinə dair işin təşkili 

  • Təhlükəli və zərərli istehsalat amilləri və onlardan müdafiə tədbirləri

  • İstehsalatada bədbəxt hadisələrin və peşə xəstəliyinin rəsmiləşdirilməsi və qeydiyyat qaydaları

  • Təlimin qiymətləndirilməsi

 

Təlim müddəti: 1 gün

Təlimin keçirildiyi dil: Azərbaycan

Təlimdə iştirak edənlərə SERTİFİKAT təqdim olunur. 

SƏTƏM təlimləri