SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Beynəlxalq Sertifikat Qida Təhlükəsizliyi

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Böyük Britaniyanın Chartered Institute of Environmental Health (CIEH) təşkilatının rəsmi təsdiq olunmuş Lisenziyalı Təlim provayderi olaraq fəalliyyət göstərir. 

 

Qida təhlükəsizliyi (Food safety) mövzuda 3 səviyyədə təlim təşkil olunur.

  • Introductory Certificate in Food Safety (Level 1)

  • Foundation Certificate in Food Safety (Level 2)

  • Intermediate Certificate in Food Safety (Level 3)

Hər 3 səviyyədə təlimlər təşkil olunur və hər səviyyəyə uyğun olaraq BEYNƏLXALQ SERTİFİKAT təqdim olunur.

 

 

Qida təhlükəsizliyi - Intermediate Certificate in Food Safety (Level 3)

  • Qidanın təqdim olunduğu hər yerdə onun hazırlanması, istifadəsi, saxlanılması və insanlara təklif olunması üzrə yüksək standartların nümayiş etdirilməsi çox vacibdir.

  • Qida təhlükəsizliyi üzrə Səviyyə 3 menecer və supervayzerlər üçün nəzərdə tutulmuşdur. Standarta uyğun olaraq bütün iş yerlərində minimum 1 nəfərin qida təhlükəsizliyi səviyyə 3 üzrə təlimli olması tövsiyyə olunur.

Kurs kimlər üçündür?
Qida sahəsində digərlərinə supervayzerlik və menecerlik edən şəxslər üçün
“Foundation” – səviyyə 2-dən daha da inkişaf etmək istəyən şəxslər üçün

 

Kursun modulları:

Modul 1: Qida təhlükəsizliyinə giriş

  • Qida təhlükəsizliyi ilə bağlı əsas terminlər

  • Qida təhlükəsizliyi üzrə zəif standartın nəticələri

  • Qida zəhərlənməsi ilə bağlı ən çox risk altında olan şəxslərin müəyyən olunması

  • Qida xəstəlikləri ilə bağlı məruzə olunan hadisələrdəki trendlər

  • Qida təhlükəsizliyi üzrə supervayzerin vəzifələri və vəzifələrini uğurla yeriə yetirmək üçün tələb olunan bacarıqlar

  • Qida sənayesində çalışan təşkilatlara olan hüquqi tələblər

  • Qida sənayesi üzrə yerli və səlahiyyətli qurumların gücü və vəzifələri

  • Müvafiq nəzarət orqanına dəstəkdə supervayzerin vəzifələri

  • Qida təhlükəsizliyi üzrə tələblərin pozulmasına görə nəzərdə tutulan tədbirlər

 

Modul 2: Qida sahəsində təhlükələr

  • Qida üzrə müxtəlif təhlükələrin müəyyən olunması

  • Bakterial çirklənmənin müəyyən olunması

  • Bakteriaların çoxlaması üçün şəraitlər

  • Spore və toksinlər tərəfindən yaradılan risklər

  • Hansı qidaların digərlərinə nisbətən daha çox risk yaratması

  • Viruslar nədir və onlar bakteriadan necə fərqlənir

  • “Cross contamination / çirklənmə” nədir və qarşısı alınma yolları

  • Qida zəhərlənmələri xəstəliklərinin mənbələri və simptomları

  • Qida ilə bağlı xəstəliklərin mənbəyi və simtomları

  • Metal, zəhərli bitki və balıqlar vasitəsilə xəstəliklərin yaranması

  •  Qida ilə bağlı məkanlarda allerginlərə nəzarət olunmasının vacibliyi və metodları

  • Fiziki çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri

  • Kimyəvi çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri

  • Qida çirklənməsinin səbəbləri və nişanları, onlara qarşı tədbirlər

 

Modul 3: Qida təhlükəsizliyi üzrə yaxşı praktika

  • Qida hazırlanması və saxlanması prosesində temperature nəzarət olunmasının vacibliyi və metodları

  • Yüksək səviyyədə şəxsi gigiyenanın qorunub saxlanılmasının vacibliyi və proseduru

  • İş yerinin təmiz, səliqəli saxlanılmasının vacibliyi və proseduru

  • Qida biznesində təmiz prosesin getməsində məkanın dizaynı, tikintisinin rolu

  • Həşəratlara nəzarətin vacibliyi və metodları

  • Qidanın çatdırılması, saxlanılmasına nəzarət üzrə prosedurlar.

 

Modul 4: Qida Təhlükəsizliyi İdarəetmə Sistemi

  • HACCP sisteminin məqsədi

  • HACCP prinsipi əsasında Qida Təhlükəsizliyi İdarəetmə Sisteminə olan hüquqi tələblər və system daxilində supervayzerin rolu

  • HACCP prosesinin proseduru və ilkin mərhələləri

  • Təhlükə analizinin aparılmasına olan tələblər və onun görüləcək tədbirləri prioritetləşdirmədə rolu

  • Kritik nəzarət nöqtəsinin məqsədi və nəzarət limiti

  • Kritik nəzarət nöqtəsinin monitorinqinə olan tələblər

  • Kritik nəzarət nöqtəsi üzərində nəzarətin itirilməsi zamanı yerinə yetirilməli tədbirlər

  • HACCP sisteminin təsdiq olunmasının vacibliyi və metodları

  • HACCP sistemini inkişaf etdirmək üçün qida ilə məşğul olan bizneslərin əldə etməli olduğu məlumatlar

  • Qida təhlükəsizliyinin idarə olunmasında HACCP sisteminin üztünlükləri

  • HACCP sistemi əsasında qurulmuş qida təhlükəsizliyi diarəetmə sisteminin sənədləşdirilməsi üzrə alətlər

 

Modul 5: Qida təhlükəsizliyi təlimi

  • Qida təhlükəsizliyi təlimi ilə bağlı tələblərin yerinə yetirilməsində supervayzerin vəzifələri

  • Təlim qeydlərinin saxlanmasında supervayzerin vəzifəsi

  • Qida təhlükəsizliyi prosedurunun effektiv kommunikasiya olunmasına əminlik

 

Kursun müddəti: 16 saat (3 gün ərzində tədris olunacaq)

Kursun qiymətləndirilməsi: CIEH tərəfindən hazrlanmış 40 sualdan ibarət test əsaslı nəzəri qiymətləndirmə

Kursu uğurla bitirən iştirakçılara CIEH Intermediate certificate in Food safety (Level 3) üzrə sertifikat təqdim olunur.

 

                                

 

SƏTƏM təlimləri