Təlim kimlər üçün nəzərdə tutulub: Əməyin Mühafizəsi mütəxəssiləri, Supervayzerlər, Menecerlər, Mühəndislər, Sahə rəisləri, təhlükəsizlik üzrə vəzifəli şəxslər/məsləhətçilər, sağlamlıq və təhlükəsizlik üzrə məsul olan şəxslər, inzibati və texniki işçilər.
Təlimin məqsədi: Hadisələrin araşdırılmasında iştirak edən səlahiyyətli şəxslərin bilik və bacarıqlarının artırılması və inkişaf etdirilməsi.
Kursu bitirən dinləyicilər aşağıdakı bacarıqları əldə edəcəklər:
Riskin qiymətləndirilməsi
Qanunvericiliyin tələbləri
Araşdırma və məruzə etmə
Mündəricat:
Giriş
Əmək hüququnun əsas müddəaları
Əməyin mühafizəsi hüquqi əsasları
Azərbaycan Respublikasının Əmək Məcəlləsi müvafiq maddələri
İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydası
Təhqiqat komissiyasının işinin təşkil edilir
Bədbəxt hadisələr haqqında hesabat və onların başvermə səbəblərinin təhlili
İZ (istehsalat zədəsi) forması nədir və necə tərtib edilir
İstehsalatda bədbəxt hadisələrin uçot jurnalı nədir
İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında məlumat necə hazırlanır
İstehsalatda baş vermiş bədbəxt hadisənin təhqiqat aktının tərtib olunmasına dair izahat nədir və.s
Kursun Müddəti: 1 gün
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Sertifikatın etibarlılıq müddəti: 3 il