SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Qida məhsullarının izləniləbilmə sistemləri

G&I Training Academy Əlavə Təhsil  Mərkəzi  Qida məhsullarının izləniləbilmə sistemləri  üzrə təlimin keçirilməsini təklif edir. 

 

Təlimin Məqsədi:

 Müəssisədə məhsullarının izlənmə sisteminin qurulması xammal qəbulu və emalının qeydiyyatı, məhsul istehsalının qeydiyyatı, hazır məhsulun izlənməsi sistemi, həmçinin geri çağırma üzrə prosedurların hazırlanması dövrlərini əhatə edir. Dəqiq izlənəbilmə sisteminin qurulması müəssisədə yararsız məhsulun anbarda qalma ehtimalının minimuma endirmək, yararsız məhsulun satış nöqtələrindən vaxtında yığışdırmaq, eyni zamanda tədarükçü və distribyutorların çatdırılma faizi və göndərmə dəqiqliyi üzrə qiymətləndirilməsini həyata keçirməyə imkan verir.

 

Təlim kimlər üçün nəzərdə tutulub: 

  • Sertifikatlaşdırma proqramlarının əhatə dairəsinə daxil olan dövlət qurumlarının, publik hüquqi qurumların və digər dövlət qurumlarının əməkdaşları

  • Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların işçi heyəti (QTİS rəhbərləri, Menecerlər, Aşpazlar, Keyfiyyət üzrə nəzarətçilər, Anbardarlar və s.)

  • Təcrübə proqramı çərçivəsində dəvət olunmuş tələbələr

  • Laboratoriyalarda ixtisasartırma kursları çərçivəsində mürəciət edən şəxslər

  • Fərdi şəxslər

 

Mövzular: 

  • Giriş

  • Qida məhsullarının izlənilməsi proseduru

  • Geriçağırma proseduru

 

Təlim müddəti: 1 gün 

Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

SƏTƏM təlimləri