SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

Dənizdə Təhlükəsizliyin Əsasları və Neft / Qaz sənayesi ilə ümumi tanışlıq

Dəniz neft və qaz sənayesində Təhlükəsizliyin əsasları 


Bu təlim materialı Beynəlxalq Dəniz Təşkilatı (International Maritime Organization İMO) və Dəniz qanunvericiliyi (Safety OfLife At Sea SOLAS) əsasında hazırlanıb.


Təlimin məqsədi:

  • Neft və qaz sənayesi ilə tanış etmək

  • Dəniz Neft və Qaz sənayesinin təhlükəsizlik qaydaları və qanunvericilik barəsində məlumat vermək

  • Dəniz platformasından təxliyə və tərketmə vasitələri barəsində məlumat vermək

  • Dənizdə xilasolma texnikalarını və soyuq suya düşmə zamanı hərəkətləri göstərmək.

  • Helikopter təhlükəsizliyi və qəza zamanı hərəkətlər barəsində məlumat vermək


Təlim kimlər üçün nəzərdə tutulub: Neft və qaz sənayesi ilə yaxından tanış olmaq istəyənlər və Dəniz neft və qaz sənayesində təhlükəsizliyin əsasları barəsində məlumat almaq istəyənlər üçün.


Mövzular:
1. Neft və Qaz sənayesinin tarixi.
1.1 Enerji növləri. 
1.2 Neft məhsulları və onların insan həyatında rolu.
1.3 Dünyada əsas neft brendləri və onların qiymətlərinin tənzimləməsi.
1.4 Neft sənayesinin quruluşu.
1.5 Neftin əmələ gəlməsi.


2. Dəniz sənayesi ilə tanışlıq.
2.1 Neft və qaz platformaları, gəmilərin növləri və rolu.
2.2 Təhlükə nədir və dənizdə əsas təhlükə növləri.
2.3 Təhlükəsizlik qaydaları və qanunvericilik.
2.4 Dənizdə yaşamaq və işləmək.


3. Platformadan təxliyə və tərk etmə nədir? Və təxliyə/tərk etmənin yolları.
3.1 Qəza hallarının növləri.
3.2 Təxliyə və tərk etmə vasitələri.
3.3 Platforma toplantı məntəqələri növləri.
3.4 Platforma qəza siqnallarının növləri və qəza hallarının idarə olunması.
3.5 Fövqəladə hallar üçün fərdi xilasetmə avadanlığı.
3.6 Dənizdə istifadə olunan mexaniki xilasetmə avadanlıqları.


4. Dənizdə xilasolma və soyuq suya düşmə zamanı hərəkətlər.
4.1 Tərketmə vasitələri.
4.2 Suya daxil olma zamanı hərəkətlər
4.3 Sudan helikopter və ya gəmi vasitəsi ilə xilasolma.


5. Xilasedici qayıqlar.
5.1 Xilasedici qayıqların məqsədi və növləri.
5.2 Konstruksiya
5.3 Toplantı, qayığa minmə, suya enmə və qayığın idarə olunmasına dair qaydalar.


6. Helikopter təhlükəsizliyi və qəza zamanı hərəkətlər.
6.1 Uçuşdan öncə təhlükəsizlik qaydaları.
6.2 Uçuşlar zamanı istifadə olunan jiletlər və kostyumlar.
6.3 Qıza zamanı hərəkətlər.
6.4 Nəfəsalma apparatlarının növləri.
6.5 Batmaqda olan helikopterdən xilasolma texnikaları


Təlim müddəti: Bir gün (nəzəri)
Qrupda dinləyicilərin sayı: Minimum 6 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.
Sertifikatın etibarlılıq müddəti: Müddətsiz

SƏTƏM təlimləri