Son dövrlər ətraf mühitin mühafizəsi sahəsində tələblərin artması və eyni zamanda ölkəmizdə fəaliyyət göstərən xarici təşkilatların ekologiya sahəsində yerinə yetirdikləri tədbirlərin icrası SƏTƏM sahəsində fəaliyyət göstərən hər bir şəxsdə bilməsi vacib olan öhdəliklər yaratmışdır. Bunu nəzərə alaraq G&I Training Academy ƏlavəTəhsil Mərkəzi Ekologiya və Ətraf mühitin mühafizəsi barədə təlim kursları elan edir.
Təlimin məqsədi: SƏTƏM sahəsində fəaliyyət göstərən və o cümlədən ekologiya sahəsinə marağı olan şəxslərdə ətraf mühitin mühafizəsinə dair bilik və bacarıqlarının artırılması, ətraf mühitə olan münasibətin yaxşılaşdırılmasıdır.
Təlim kimlər üçün nəzərdə tutulub: SƏTƏM sahəsində fəaliyyət göstərən şəxslər, iş icraçıları, tələbələr.
Mövzular:
Giriş
Ekologiya haqqında ümumi məlumat
İnsanların ətraf mühitə təsiri
Qarşılıqlı mübadilə
Ətraf mühitin çirklənmə mənbələri
Təbiətdən səmərəli istifadə
Azərbaycanda ekoloji vəziyyət haqqında məlumat
Qanunlar və beynəlxalq konvensiyalar
Yerli qanunvericiliyin tələbləri
Statistik hesabatlar (2-TG)
Ətraf mühitin qorunma qaydaları
İSO 14001:2015 Ətraf Mühiti İdarəetmə Sitemi barədə ümumi məlumat və ekoloji aspektlərin araşdırılması
Ekoloji təmizlik və sağlam həyat, maarifləndirmə tədbirləri
Ətraf mühitə dəymiş zərərə uyğun hadisələrin araşdırılması
Təlimin qiymətləndirilməsi
Təlim müddəti: 1 gün
Təlimin keçirildiyi dil: Azərbaycan
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.