G&I Training Academy Əlavə Təhsil Mərkəzi Üzgüçülük Hovuzlarında Təhlükəsizlik Qaydaları və Suyun keyfiyyəti üzrə ümumi məlumatlandırma mövzusunda yerli Qanunvericiliyin və Beynəlxalq standartların tələblərinə uyğun təlimlərin keçirilməsini təklif edir.
Təlimin məqsədi: Hovuza xidmət edən heyətin hovuzun istismarında sanitariya norma və qaydaları, təmizlik və təhlükəsizlik qaydaları üzrə bilik və bacarıqlarının artırılmasıdır.
Mövzular:
Qanunvericilik, Beynəlxalq tələblər və Standartlar.
Qapalı hovuzların saxlanılması və istismarı qaydaları.
Hovuzun heyətinə aid tələblər.
Hovuza texniki xidmət və hovuzun təmizliyi.
Hovuzda əməliyyatların təhlükəsiz yerinə yetirilməsi üçün təşkilati və texniki tədbirlər.
Hovuz təhlükəsizliyi üzrə plakat və nişanlar.
Suyun keyfiyyətinə dair gigiyenik tələblər.
Çirkləndirici və xəstəliklər.
Sistemlər və dezinfeksiya üsulları (xlor və brom üsulları mis-ion sistemi; xüsusi hovuz filtrasiyası).
Hovuz suyunun keyfiyyətinin təmin edilməsi üçün həyata keçirilən tədbirlər və ölçmələr.
Təlim müddəti: 1 gün
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis və Rus
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.