SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Elektrik qurğu və avadanlıqlarına xidmət edən cavabdeh şəxslər üçün Texniki İstismar və Texniki Təhlükəsizlik Qaydaları

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Elektrik qurğu və avadanlıqlarına xidmət edən cavabdeh şəxslər üçün Texniki İstismar və Texniki Təhlükəsizlik Qaydaları mövzusunda təlim təklif edir. 

 

Təlimin məqsədi: Elektrik qurğu və avadanlıqlarına xidmət edən heyətin elektrik qurğularının istismarında Texniki İstismar, Texniki Təhlükəsizlik və Yanğın Təhlükəsizliyi Qaydaları üzrə bilik və bacarıqlarının artırılmasıdır. 

 

Təlim kimlər üçün nəzərdə tutulub: Elektrik qurğularına xidmət və əməliyyatlar edən cavabdeh şəxslər üçündür.

 

Təlimdən əldə olunan bilgilər: Ümumi tələbləri, personala verilən tələbləri, operativ xidmət və işçilərin icrası haqqında tələbləri, təşkilati tədbirləri, texniki tədbirləri və digər müvafiq bilgiləri əhatə edir.

 

Təlimin mövzuları: 

  • Giriş 

  • Qanunvericilik. (Azərbaycan Respublikası “Elektrik enerjisindən istifadə Qaydaları” haqqında 2 fevral 2005-ci il tarixli, 18 saylı Qərar, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında Az Res Nazirlər Kabineinin Qərarı)

  • Elertrik qurğularının Texniki İstismar (TİQ) və teniki istismar zamanı Təhlükəsizlik Texnikası Qaydaları (TTQ) haqqında ümumi məlumat.

  • Eletrotexniki heyyətə aid tələblər.

  • Eletrik təhlükəsizliyi üzrə ixtisas qrupları.

  • İxtisas qruplarının verilməsi və dövri imtahanların keçirilməsi qaydası.

  • Elektrik dövrələri.

  • Elektrik dövrələrinin elementləri və fiziki kəmiyyətləri haqqında. Om qanunu.

  • Sabit və dəyişən cərəyanlar haqqında.

  • Elertrik qurğularının texniki xidməti.

  • Elertrik qurğularında görülən işlərin koteqoriyası.

  • Elertrik qurğularında işlərin təhlükəsiz görülməsi üçün Təşkilati və Texniki tədbirlər.

  • Elertrik qurğularında istifadə olunan elektrik mühafizə vasitələri. Onların təsnifatı və sınaq dövriliyi haqqında.

  • Elektrik təhlükəsizliyi üzrə plakat və nişanlar.

  • Elektrik təhlükəsizliyi.

  • Cərəyandan zədələnmə.

  • Elektrik cərəyanının canlı orqanizmə təsiri.

  • Cərəyan vuran şəxsin azad edilməsi və ilkin yardımın göstərilməsi.

  • Elertrik qurğularının operativ idarə edilməsi.

  • Operativ xidmət. Operativ çevirmə (açıb-bağlama) əməliyyatının yerinə yetirilməsi qaydası. Çevirmə blankı.

 

Təlim müddəti: 3 gün  

Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

Sertifikatın etibarlılıq müddəti: 3 il

SƏTƏM təlimləri