İSO 45001:2018 Peşə sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Aparıcı Auditor
G&I Training Academy Əlavə Təhsil Mərkəzi İSO Standartları üzrə Beynəlxalq Exemplar Global təsdiqli İSO 45001:2018 Peşə sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Aparıcı Auditor (ISO 45001:2018 (OHS) Lead Auditor Training course) kursu təklif edir.
Məqsəd: Bu təlimin məqsədi iştirakçılara ISO 45001 tələblərinə uyğun olaraq Peşə sağlamlığı və Təhlükəsizliyi üzrə İdarəetmə Sistemi auditlərini planlaşdırmaq, həyata keçirmək, audit nəticələrini sənədləşdirmək və müəyyən edilmiş uyğunsuzluqların icrasını izləmək üçün zəruri bilik və praktiki bacarıqlar qazandırmaqdır.
Kursun müddət: 5 gün (40 saat)
Tədris forması: Əyani və ya onlayn. Qarışıq təlim modeli (mühazirələr, praktiki tapşırıqlar, situativ təhlil metodu (keys-stadi), sınaq audit (Mock audit))
Hədəf auditoriya: Peşə sağlamlığı və Təhlükəsizliyi üzrə menecerlər, daxili auditorlar, məsləhətçilər, Aparıcı Auditor kvalifikasiyası əldə etmək istəyən mütəxəssislər.
Təlimin məqsədləri:
- ISO 45001:2018 standartının tələblərini və strukturunu anlamaq
- ISO 19011 audit prinsiplərini tətbiq etmək
- Auditi planlaşdırmaq, icra etmək və hesabat hazırlamaq
- Uyğunsuzluqları müəyyən etmək və obyektiv Uyğunsuzluq Hesabatı (NCR) tərtib etmək
- Audit qruplarına rəhbərlik etmək və peşəkar davranış nümayiş etdirmək
Təlimin strukturu:
1-ci Gün – ISO 45001:2018 Standartına Giriş.
- Peşə Sağlamlığı və Təhlükəsizliyi üzrə ümumi baxış
- Peşə Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemləri standartlarının inkişaf mərhələləri
- ISO 45001 standartının strukturu (Annex SL – Uyğunlaşdırılmış Struktur)
- Əsas terminologiyalar (təhlükə, PST üzrə risklər, PST üzrə imkanlar, işçilərin iştirakı)
- Təşkilatın fəaliyyət mühiti (Maddə 4)
- Rəhbərlik və işçilərin iştirakı (Maddə 5)
- Tapşırıq 1: Müəyyən bir iş mühiti ssenarisi üzrə PST təhlükələrinin müəyyən edilməsi
2-ci Gün – Planlaşdırma və Dəstək Tələbləri.
- Maddə 6: Planlaşdırma
- Təhlükələrin müəyyən edilməsi
- Risklərin qiymətləndirilməsi metodları
- Risklərə nəzarət iyerarxiyası
- PST üzrə məqsədlər və onlara nail olmaq üçün planlaşdırma
- Maddə 7: Dəstək
- Səriştəlilik
- Maarifləndirmə
- Ünsiyyət
- Sənədləşdirilmiş məlumat
- Tapşırıq 2: Risklərin qiymətləndirilməsi üzrə praktiki tətbiq
3-cü Gün – Əməliyyat, Fəaliyyətin qiymətləndirilməsi və Təkmilləşdirmə.
- Maddə 8: Əməliyyat
- Əməliyyatların planlaşdırılması və nəzarəti
- Fövqəladə hallara hazırlıq və cavab tədbirləri
- Maddə 9: Fəaliyyətin qiymətləndirilməsi
- Monitorinq, ölçmə, analiz və qiymətləndirmə
- Daxili audit proqramı
- Rəhbərlik tərəfindən təhlil
- Maddə 10: Təkmilləşdirmə
- Hadisələrin araşdırılması
- Uyğunsuzluqlar və düzəldici tədbirlər
- Tapşırıq 3: Fövqəladə halların idarə olunması üzrə ssenari təhlili
4-cü Gün – ISO 19011:2018 Auditin Aparılması üzrə Təlimatlar
- Audit prinsipləri
- Audit növləri
- Auditorların rolları və öhdəlikləri
- Auditin planlaşdırılması
- Audit proqramı
- Audit planı
- Audit yoxlama siyahıları (checklist)
- Auditin keçirilməsi
- Açılış iclası
- Audit dəlillərinin toplanması və təsdiqi
- Müsahibənin təşkili metodikası
- Uyğunsuzluqların müəyyən edilməsi
- Tapşırıq 4: Audit planı və yoxlama siyahısının (checklist) hazırlanması
5-ci Gün – Audit Simulyasiyası, Hesabat və Sertifikatlaşdırma.
- Sınaq (mock) auditin keçirilməsi
- Audit nəticələrinin hazırlanması
- Uyğunsuzluqlara dair hesabatın düzgün tərtibi
- Kök səbıblərin təhlili
- Audit hesabatının hazırlanması
- Bağlanış iclasının təqdimatı
- Sertifikatlaşdırma prosesinə ümumi baxış
- Yekun imtahan
Təlimin keçirilmə dili: Azərbaycan və İngilsi dili.
Təlim online və canlı olaraq keçirilir.
Təlim kursunu müvəffəqiyyətlə keçmiş dinləyicilərə Exemplar Global tərəfindən təsdiqlənmiş Beynəlxalq sertifikat təqdim ediləcək.
Bizimlə əlaqə:
Web: www.gitrainingacademy.az
Mobile: +994 55 687-80-35 (Whatsapp)
E-mail: info@gitrainingacademy.az