Media

Xəbərlər

image not found!

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günüdür...!

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günüdür...!


28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Beynəlxalq Əmək Təşkilatı (International Labour Organization) tərəfindən “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizi olmuşdur.


“İş necə gedir?” – bəzən bu sadə sualın arxasında görünməyən çətinliklər gizlənir.
Bu gün bir daha xatırladır ki:

 Sağlam və təhlükəsiz iş mühiti yalnız fiziki deyil, həm də psixoloji rifahı əhatə edir.
Müasir iş həyatında hər bir çalışan aşağıdakı hallarla qarşılaşa bilər:

  • stress və emosional yüklənmə
  • psixoloji gərginlik
  • iş mühitindən qaynaqlanan təzyiqlər

Bu səbəbdən psixososial risklərin düzgün idarə olunması, sağlam iş mühitinin qurulması və insanların rifahının qorunması hər bir təşkilat üçün prioritet olmalıdır.

Unutmayaq:

  • Sağlam ünsiyyət – güclü kollektiv yaradır
  • Qarşılıqlı dəstək – motivasiyanı artırır
  • Müsbət iş mühiti – davamlı uğurun açarıdır

Sağlam işçi – güclü gələcək deməkdir.


Bu yanaşma Beynəlxalq Əmək Təşkilatı tərəfindən irəli sürülən qlobal çağırışlarla üst-üstə düşür.


#28Aprel #ƏməyinMühafizəsi #PsixososialSağlamlıq #HealthyWorkplace #SafetyFirst #ILO #ÜmumdünyaƏməyinMühafizəsigünü #ƏməyinMühafizəsi #28aprel #ilo #WorldDayforSafetyandHealthatWork #gitrainingacademy #sayetyDay

Media