Qida təhlükəsizliyi səviyyə 2 - CIEH təsdiqli - Food safety Level 2

Qida təhlükəsizliyi

image not found!

Qida təhlükəsizliyi səviyyə 2 - CIEH təsdiqli - Food safety Level 2

G&I Training Academy Əlavə Təhsil Mərkəzi CIEH təsdiqli Qida təhlükəsizliyi səviyyə 2 (Food safety Level 2) təlim kursu elan edir.

 

Qidanın təqdim olunduğu hər yerdə onun hazırlanması, istifadəsi, saxlanılması və insanlara təklif olunması üzrə yüksək standartların nümayiş etdirilməsi çox vacibdir.
Qida təhlükəsizliyi üzrə Səviyyə 2 kursu qida sənayesində çalışan hər kəs üçün nəzərdə tutulmuşdur. Bu kursu bitirdikdən sonra siz istehlak üçün təhlükəsiz qidanın hazırlanması üzrə tələblərə yiyələnəcəksiniz.

 

Kurs kimlər üçündür?

  • Qida ilə məşğul olan, onu hazırlayan, onu bişirən hər kəs üçün

  • Əvvəlki bilik və bacarıqlarını yeniləmək istəyən şəxslər üçün

  • Şirkətlər üçün: hansı ki, onların qida ilə məşğul olan işçiləri var

 

Kursun modulları:


Modul 1: Qida təhlükəsizliyinə giriş

  • Qida təhlükəsizliyi ilə bağlı əsas terminlər

  • Qida təhlükəsizliyinin önəminin qavranılması

  • Qida zəhərlənməsi ilə bağlı ən çox risk altında olan şəxslərin müəyyən olunması

  • Qida ilə məşğul olan şirkətlərə / bizneslərə qanunvericiliyin tələbləri

  • Qida təhlükəsizliyi təliminin vacibliyi

 

Modul 2: Qida sahəsində təhlükələr

  • Qida üzrə müxtəlif təhlükələrin müəyyən olunması

  • Bakterial çirklənmənin müəyyən olunması

  • Bakteriaların çoxlaması üçün şəraitlər

  • Hansı qidaların digərlərinə nisbətən daha çox risk yaratması

  • Viruslar nədir və onlar bakteriadan necə fərqlənir

  •  “Cross contamination / çirklənmə” nədir və qarşısı alınma yolları

  • Qida zəhərlənmələri xəstəliklərinin mənbələri və simptomları

  • Qida ilə məşğul olan işçilərin qida allergiyalarının qarşısının alınmasındakı rolu və vəzifələri

  • Fiziki çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri

  • Kimyəvi çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri

  • Qida çirklənməsinin səbəbləri və nişanları, onlara qarşı tədbirlər

 

Modul 3: Qida təhlükəsizliyi üzrə yaxşı praktika

  • Qida hazırlanması və saxlanması prosesində temperature nəzarət olunmasının vacibliyi və metodları

  • Yüksək səviyyədə şəxsi gigiyenanın qorunub saxlanılmasının vacibliyi və proseduru

  • İş yerinin təmiz, səliqəli saxlanılmasının vacibliyi və proseduru

  • Həşəratlara nəzarətin vacibliyi və metodları

  • Qidanın çatdırılması, saxlanılmasına nəzarət üzrə prosedurlar.

 

• Modul 4: Qida Təhlükəsizliyi İdarəetmə Sistemi

  • HACCP prinsipi əsasında Qida Təhlükəsizliyi İdarəetmə Sisteminə olan hüquqi tələblər

  • HACCP sisteminin məqsədi və prinsipləri

 

Kursun müddəti: 12 saat (2 gün)

Kursun qiymətləndirilməsi: CIEH tərəfindən hazrlanmış 20 sualdan ibarət test əsaslı nəzəri qiymətləndirmə

Kursu uğurla bitirən iştirakçılara CIEH Foundation Certificate in Food Safety (Level 2) üzrə sertifikat təqdim olunur.

Chartered Institute of Environmental Health (CIEH)