Qida təhlükəsizliyi səviyyə 3 - CIEH təsdiqli - Food safety Level 3

G&I Training Academy Böyük Britaniyanın Chartered Institute of Environmental Health (CIEH) təşkilatının rəsmi təsdiq olunmuş Lisenziyalı Təlim provayderi olaraq fəalliyyət göstərir.

image not found!

Qida təhlükəsizliyi səviyyə 3 - CIEH təsdiqli - Food safety Level 3

G&I Training Academy Əlavə Təhsil Mərkəzi CIEH təsdiqli Qida təhlükəsizliyi səviyyə 3 Intermediate Certificate in Food Safety (Level 3) təlim kursu elan edir.


Qidanın təqdim olunduğu hər yerdə onun hazırlanması, istifadəsi, saxlanılması və insanlara təklif olunması üzrə yüksək standartların nümayiş etdirilməsi çox vacibdir.
Qida təhlükəsizliyi üzrə Səviyyə 3 menecer və supervayzerlər üçün nəzərdə tutulmuşdur. Standarta uyğun olaraq bütün iş yerlərində minimum 1 nəfərin qida təhlükəsizliyi səviyyə 3 üzrə təlimli olması tövsiyyə olunur.

 

Kurs kimlər üçündür?
Qida sahəsində digərlərinə supervayzerlik və menecerlik edən şəxslər üçün
“Foundation” – səviyyə 2-dən daha da inkişaf etmək istəyən şəxslər üçün

 

Kursun modulları:

Modul 1: Qida təhlükəsizliyinə giriş

  • Qida təhlükəsizliyi ilə bağlı əsas terminlər

  • Qida təhlükəsizliyi üzrə zəif standartın nəticələri

  • Qida zəhərlənməsi ilə bağlı ən çox risk altında olan şəxslərin müəyyən olunması

  • Qida xəstəlikləri ilə bağlı məruzə olunan hadisələrdəki trendlər

  • Qida təhlükəsizliyi üzrə supervayzerin vəzifələri və vəzifələrini uğurla yeriə yetirmək üçün tələb olunan bacarıqlar

  • Qida sənayesində çalışan təşkilatlara olan hüquqi tələblər

  • Qida sənayesi üzrə yerli və səlahiyyətli qurumların gücü və vəzifələri

  • Müvafiq nəzarət orqanına dəstəkdə supervayzerin vəzifələri

  • Qida təhlükəsizliyi üzrə tələblərin pozulmasına görə nəzərdə tutulan tədbirlər

 

Modul 2: Qida sahəsində təhlükələr

  • Qida üzrə müxtəlif təhlükələrin müəyyən olunması

  • Bakterial çirklənmənin müəyyən olunması

  • Bakteriaların çoxlaması üçün şəraitlər

  • Spore və toksinlər tərəfindən yaradılan risklər

  • Hansı qidaların digərlərinə nisbətən daha çox risk yaratması

  • Viruslar nədir və onlar bakteriadan necə fərqlənir

  • “Cross contamination / çirklənmə” nədir və qarşısı alınma yolları

  • Qida zəhərlənmələri xəstəliklərinin mənbələri və simptomları

  • Qida ilə bağlı xəstəliklərin mənbəyi və simtomları

  • Metal, zəhərli bitki və balıqlar vasitəsilə xəstəliklərin yaranması

  • Qida ilə bağlı məkanlarda allerginlərə nəzarət olunmasının vacibliyi və metodları

  • Fiziki çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri

  • Kimyəvi çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri

  • Qida çirklənməsinin səbəbləri və nişanları, onlara qarşı tədbirlər

 

Modul 3: Qida təhlükəsizliyi üzrə yaxşı praktika

  • Qida hazırlanması və saxlanması prosesində temperature nəzarət olunmasının vacibliyi və metodları

  • Yüksək səviyyədə şəxsi gigiyenanın qorunub saxlanılmasının vacibliyi və proseduru

  • İş yerinin təmiz, səliqəli saxlanılmasının vacibliyi və proseduru

  • Qida biznesində təmiz prosesin getməsində məkanın dizaynı, tikintisinin rolu

  • Həşəratlara nəzarətin vacibliyi və metodları

  • Qidanın çatdırılması, saxlanılmasına nəzarət üzrə prosedurlar.

 

Modul 4: Qida Təhlükəsizliyi İdarəetmə Sistemi

  • HACCP sisteminin məqsədi

  • HACCP prinsipi əsasında Qida Təhlükəsizliyi İdarəetmə Sisteminə olan hüquqi tələblər və system daxilində supervayzerin rolu

  • HACCP prosesinin proseduru və ilkin mərhələləri

  • Təhlükə analizinin aparılmasına olan tələblər və onun görüləcək tədbirləri prioritetləşdirmədə rolu

  • Kritik nəzarət nöqtəsinin məqsədi və nəzarət limiti

  • Kritik nəzarət nöqtəsinin monitorinqinə olan tələblər

  • Kritik nəzarət nöqtəsi üzərində nəzarətin itirilməsi zamanı yerinə yetirilməli tədbirlər

  • HACCP sisteminin təsdiq olunmasının vacibliyi və metodları

  • HACCP sistemini inkişaf etdirmək üçün qida ilə məşğul olan bizneslərin əldə etməli olduğu məlumatlar

  • Qida təhlükəsizliyinin idarə olunmasında HACCP sisteminin üztünlükləri

  • HACCP sistemi əsasında qurulmuş qida təhlükəsizliyi diarəetmə sisteminin sənədləşdirilməsi üzrə alətlər

 

Modul 5: Qida təhlükəsizliyi təlimi
-Qida təhlükəsizliyi təlimi ilə bağlı tələblərin yerinə yetirilməsində supervayzerin vəzifələri

  • Təlim qeydlərinin saxlanmasında supervayzerin vəzifəsi

  • Qida təhlükəsizliyi prosedurunun effektiv kommunikasiya olunmasına əminlik

 

Kursun müddəti: 16 saat (3 gün ərzində tədris olunacaq)

Kursun qiymətləndirilməsi: CIEH tərəfindən hazrlanmış 40 sualdan ibarət test əsaslı nəzəri qiymətləndirmə

Kursu uğurla bitirən iştirakçılara CIEH Intermediate certificate in Food safety (Level 3) üzrə sertifikat təqdim olunur.

Chartered Institute of Environmental Health (CIEH)