Eskalator operatoru /  Eskalator maşinisti

Eskalatorların Təhlükəsiz istismarı və Texniki qulluğu təlim kursu

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Eskalator operatoru /  Eskalator maşinisti" (Eskalatorların Təhlükəsiz istismarı və Texniki qulluğu) mövzusunda təlim kursu elan edir.

 

G&I Training Academy əlavə təhsil müəssisəsi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəyi əsasında əlavə təhsil fəaliyyəti üzrə Lisenziya əldə etmişdir.

 

Mövzular: 

 

I. Eskalatorların quruluşu və təhlükəsiz istismarı qaydaları            

  • Giriş
  • Eskalatora olan ümumi texniki tələblər            
  • Mühüm qaynaq konstruksiyaları, qaynağın keyfiyyətinə nəzarət    
  • Eskalatorların quruluşu, dünyada mövcud olan eskalator istehsalçıları və onların avadanlıqlar
  • Eskalator sahəsi, xüsusi icazənin verilməsi (lisenziya)     
  • Eskalatorun sınağı, qeydiyyatı, istismara verilmə qaydası və müayinəsi    
  • Eskalatorların istismarı
  • Bədbəxt hadisənin, qəzanın xəbər verilməsi və araşdırılması qaydları
  • Qaydaların pozulmasına görə məsuliyyət    
  • Eskalatorun istehsalı, quraşdırılması, təkmilləşdirilməsi (yenidən qurulması) və təmiri.

 

II. Eskalatorların mexaniki avadanlıqları və Eskalatorlara texniki qulluğun göstərilməsi             

  • Eskalatorlara texniki qulluğun təşkili
  • Növbənin qəbulu, eskalatoru qoşmazdan və ya işə başlamazdan əvvəl eskalatora və onların yerləşdiyi sahələrə baxış    
  • Eskalatorların iş prosesində yoxlanılması. Texniki sənədlərin  qeydiyyatının aparılma qaydası    
  • Elektrik mühərrikləri və onlara qulluq    
  • İşçi və qəza əyləcləri (əgər varsa) və onlara  texniki qulluq    
  • Dartı zənciri və ona texniki qulluq
  • Pillələr, yüyürüklər və onlara texniki qulluq    
  • Sürahi, sürahi  qurğuları və onlara texniki qulluq    
  • Dişli və elastik muftalar, dişli ötürmələr, intiqal zənciri, reduktorlar və onlara texniki qulluq
  • Eskalatorların pillə zolağı və ona texniki qulluq    
  • Dartı stansiyası və ona texniki qulluq    
  • Metalkonstruksiya, yağlama sistemi, balyustradalar və onlara texniki qulluq
  • Giriş  meydançaları, istiqamətləndirici xətkeşlər onlara texniki qulluq göstərilməsi və tənzimlənməsi    

 

III. Eskalatorların elektrik avadanlıqları            

  • Giriş        
  • Elektrik sxemlərində işlədilən şərti işarələr və onların təsnifatı            
  • İşlərin kateqoriyaları, təşkilati və texniki tədbirlər.        
  • Sabit və dəyişən cərəyan haqqında ümumi məlumat.         
  • Elektrik kəmiyyətləri və müqavimətlərin ardıcıl və paralel birləşdirilməsi .        
  • Kontaktor və relelərin iş prinsipi        
  • Eskalatorların elektrik mühərrikləri və əyləc qurğularının elektrik avadanlıqları    
  • Eskalatorların elektrik qurğularında istifadə olunan  aparatlar    
  • “VİCTORİA”, “TUGELA” tipli eskalatorların elektrik intiqalı sxemi    
  • LT və ET tipli eskalatorların elektrik intiqalı sxemi    
  • Bütün elektrik avadanlıqlarında əmələ gələn nasazlıqların təyin edilməsi və onların aradan qaldırılması yolları   


IV. Eskalator maşinisti və maşinist köməkçisi

  • Ümumi müddəalar
  • Eskalatoru işə salmazdan əvvəl maşinistin (maşinist  köməkçisinin) vəzifələri
  • Eskalatorun işi zamanı maşinistin vəzifələri
  • Eskalatorun təmir üçün saxlanılma qaydası
  • Eskalatorda yüklərin daşınma qaydaları
  • Eskalator maşinistinin məsuliyyəti
  • Eskalatorlarda icra olunan işlərin sənədləşməsi qaydaları        
  • Eskalatorların istismarı zamanı təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalar

 

V. Eskalator avadanlıqlarının istismarı zamanı təhlükəsizlik texnikası qaydaları

  • Eskalatorların elektrik avadanlıqlarında və köməkçi qurğularda işlərin icrası zamanı təhlükəsizlik texnikası qaydaları
  • Eskalator stansiyasının yığışdırılması,  yükləmə, boşaltma və daşınma işlərinin aparlıması   
  • Cilalayici künc maşınının (laqondanın) istismarı        
  • Yonma dəzgahının istismarı zamanı təhlükəsizlik texnikası          
  • Köməkçi intiqalla təmin edilməyən eskalatorların eskalatorqabağı (travolatorqabağı) boşluqlarında (quyuda) dayanaraq yerinə yetirilən işlərin təhlükəsiz icrası

 

Təlim müddəti: 40 saat. (1 ay)

Dinləyici (iştirakçı) sayı: Minimum 8 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan dili

Təlimi müvəffəqiyyətlə keçmiş dinləyicilərə ixtisasrtırmaya dair SERTİFİKAT təqdim olunur. 

Sertifikatın etibarlılıq müddəti: 3 il