Effektiv ünsiyyət və işgüzar yazışma qaydaları | Effective communication skills

image not found!

Effektiv ünsiyyət və işgüzar yazışma qaydaları | Effective communication skills

Effektiv ünsiyyət və işgüzar yazışma qaydaları təlimi iş yerlərində ünsiyyət doğru şəkildə qurulması və işgüzar yazışma qaydalarının öyrənilməsi baxımından unikal təlim hesab edilir. Təlimdə kommunikasiya prosessinin geniş şəkildə izah olunaraq, bu prosessin effektiv ünsiyyətdə olduqca önəmli mövqeyə malik olması qeyd edilir. Karyeramızın ayrılmaz tərkib hissəsi hesab edilən işgüzar yazışmalarla bağlı qaydaların qeyd edilməsi təlimi daha da dəyərli edir.

 

Təlimin məqsədi

Təlimin əsas məqsədi müasir təlim metodlarından isifadə etməklə praktiki olaraq ünsiyyətə müsbət təsir edən faktorlarla kommunikasiya prosesi arasındakı əlaqənin olmasını, işgüzar yazışmaların, verbal və qeyri-verbal ünsiyyətin bu prosesdə yerinin nümayiş etdirilməsidir. Bu təlimi digərlərindən fərqləndirən əsas nüanslardan biri təlimin nəzəri biliklərlə yanaşı, iştirakçıların praktiki olaraq doğru ünsiyyət formalarından istifadə etməklə daha uğurlu olmasını göstərməkdən ibarətdir.

 

Kimlər iştirak edə bilər?

Kommunikasiya prosesini öyrənmək istəyən, eyni zamanda işgüzar yazışmaların praktiki olaraq doğru yazılmasının təmin olunmasını öyrənmək istəyən hər kəs bu təlimdə iştirak edə bilərlər.

 

Nələr əldə edəcəksiniz?

  • Effektiv ünsiyyət və işgüzar yazışma qaydaları ilə bağlı nəzəri biliklərlə yanaşı, praktiki olaraq real, tətbiq edilməsi mümkün olan üsullarla tanış olacaqınız.
  • Nəzəri biliklərinizi praktiki olaraq iş və ya şəxsi həyatınızda tətbiq etməyi öyrənəcəksiniz.
  • Təlimdə iştirakınızı təsdiq edən sertifikat əldə edəcəksiniz.
  • Effektiv ünsiyyət və işgüzar yazışma qaydaları ilə bağlı bacarıqlarınızı təkmilləşdirəcəksiniz.

 

Təlim əhatə edən mövzuları aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Tanışlıq
  • Ünsiyyət nədir?
  • Ünsiyyətin növləri
  • Kommunikasiya prosesi
  • Ünsiyyət bacarıqları və məsləhətlər
  • Ünsiyyət bacarıqları
  • Mən-Sən dili
  • Dinləmə texnikaları
  • Qrup işi-1
  • Bədən dili
  • Jestikulyasiya: Əllər
  • Mimikalar
  • Bədən dili analizi
  • İşgüzar yazışma
  • İşgüzar məktubun quruluşu
  • İşgüzar yazışmalar zamanı edilən səhvlər
  • Qrup işi-2
  • Vizual dəstək
  • Vizual yazı elementləri
  • Yekun
  • Təlimin qiymətləndirilməsi

 

Təlim müddəti: 2 gün 

Təlimin keçirildiyi dil: Azərbaycan və İngilis dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur. 

Şəxsi bacarıqların artırılması