G&I Training Academy ƏlavəTəhsil Mərkəzi Hündürlükdə iş və yıxılmadan mühafizə təlimi elan edir.
Təlimin məqsədi:
Qanunvercilik haqqında məlumatın verimləsi - “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələbləri. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin № 20/01-005 24 oktyabr 2016-cı il Qərarı.
Hündürlükdə işləyən işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsinin metod və üsullarının öyrədilməsi;
Hündürlükdə işlərlə bağlı risklər, təhlükələr haqqında məlumatın verilməsi;
Hündürlükdə işlərlə bağlı yarana biləcək təhlükələrin azaldılması, qabaqlayıcı (önləyici) tədbirlərin görülməsi və nəzarət edilməsi metodlarının izah edilməsi;
Hündürlükdə işləri icra edən işçilərin təhlükəsizliyini təmin etmək üçün lazım olan minimum tələblərin izah olunması;
Hündürlükdə işləyən personalın təhlükəli davranışlarının qarşısının alınması.
Hündürlükdə işləyən personalın Fərdi Mühafizə Vasitələrinin (qoruyucu avadanlıqların) düzgün seçilməsi və istifadə qaydalarının örədilməsi;
Qəza vəziyyətləri yaranarkən və xilasetmə işlərinin həyata keçirilməsi zamanı işçilərin təxliyyəsi və xilas edilməsi üzrə tədbirlər haqqında məlumatın verilməsi;
Təlim kimlər üçün nəzərdə tutulub: Hündürlükdə işləri həyata keçirən bütün işçi heyəti üçün nəzərdə tutulmuşdur.
Mənbə: Bu təlim materialı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na (24 oktyabr 2016-cı il tarixli qərar № 20/01-005, Qüvvəyə minmə tarixi (04.11.2016) istinad edilərək hazırlanmış və bununla yanaşı Beynəlxalq təcrübəyə əsaslanılmışdır.
Mövzular:
Giriş
Qanunvericlik.
Hündürlükdə iş nədir
Hündürlükdə işləyən işçilərə dair tələblər
Hündürlükdə görülən işlər zamanı əsas təhlükə və risklər
Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi
Hündürlükdə görülən işlər zamanı nəzarət tədbirləri
Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin tətbiqinə dair tələblər
Hündürlükdə istifadə olunan yıxılmaya qarşı mühafizə sistemləri
Hündürlükdə istifadə olunan anker nöqtələri.
Nərdivan və pilləkənlərin tətbiqi zamanı təhlükəsizlik qaydaları
Hündürlükdə xilasetmə
Təlimin yekunlaşdırılması və biliklərin qiymətləndirilməsi (nəzəri və praktiki)
Təlim müddəti: 1 gün (nəzəri və praktik hissə)
Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara VƏSİQƏ təqdim olunur.