Bloq

image not found!

Yanğınsöndürmə balonları

Yanğınların söndürülməsində istifadə olunan ilkin yanğınsöndürmə vasitələrindən biri də odsöndürən balonlarıdır. Onlardan yanğın sinfinə uyğun olaraq istifadə edilir. 

  • Su - A

  • Quru Kimyəvi Toz - ABCE

  • Köpük - AB

  • Karbon dioksidli - ABCE

  • Yaş (nəm) kimyəvi maddə.

 

 

 

Yanğının klassifikasiyası / təsnifatı (sinifi)

  • - sinif yanğınlar: Metallardan başqa bərk materiallar. Kağız, taxta, plastik, parça və digər karbonlu materiallar və s. kimi bərk cismlər.​​​​​​​

  • B - sinif yanğınlar: Alışqa mayelər (mətbəx yağlarından başqa) neft,  dizel, benzin, yağ, boya, həlledicilər, aseton, spirt və s.  kimi maye və ya duru  maddələr.

  • C - sinif yanğınlar: Alışqan qazlar (maye formasında olanlarda) hidrogen, propan, butan, metan, etan və s.  kimi alışqan qazlar

  • D - sinif yanğınlar: Metal və metal tozları. Alüminium, maqnezium, titan, natrium və s. kimi metallar.

  • F - sinif yanğınlar: Mətbəxtdə istifadə olunan yağ və piylər.​​​​​​​

  • Elektriklə bağlı yaranan yanğınlar (qısaqapanma).  Artıq yanğın sinifi kimi qəbul olunmur, sadəcə yanğın mənbəyi kimi qəbul olunur.

 

Odsöndürən balonlar qısa müddətli istifadə üçün nəzərdə tutulub. Normalda balaca və yüngül olurlar. Boyük modellər adətən araba üstündə yerləşdirilir və uzun ucluqla təchiz olunurlar. Od söndürmək üçün nəzərdə tutulublar və hər birinin istifadə qaydası mövcuddur.

Bloq