Yanğın Nəzarətçisinin (Fire Watcher) Məsuiyyət və öhdəlikləri
Yanğın Nəzarətçisinin (Fire Watcher) Məsuiyyət və öhdəlikləri
Yanğın nəzarətçisi İşə İcazənin tələblərini, riskin dəyərləndirilməsini və İş öncəsi təlimatı oxumalı, başa düşməli və onlara əməl etməlidir.
Yanğın nəzarətçisi FMA- nın hamısının düzgün olduğuna əmin olmalı
Yanğın nəzarətçisi telsizin və onların işi üçün və fövqəlada hallar zamanı istifadə olunan dalğanın işləməsinə əmin olmalı
Yanğın nəzarətçisi fövqəlada hallar zamanı müraciət edilməli bütün telefon nömrələrini bilməlidir.
Yanğın nəzarətçisi yaxınlıqda yerləşən yanğın siqnalının yerini bilməlidir.
Yanğın nəzarətçisi iş başlamazdan öncə qaz testlərinin tamamlandığına və əgər tələb olunarsa həmin yerdə qaz monitorunun olmasına təminat verməlidir.
Yanğın nəzarətçisi iş sahəsindən partlayıcı materialların/yağların/qazların/sürtkü yağlarının təmizləndiyini və lazım olan yerlərdə odsöndürənlərin işlək vəziyyətdə olduğunu yoxlamalı
Yanğın nəzarətçisi ərazidə sədd, işarələr olduğuna, ekranların quraşdırıldığını, düzgün mövqedə yerləşdirildiyini və drenajların örtüldüyünü yoxlamalıdır
Yanğın nəzarətçisi ərazidə elektrik kabellərinin, şlanqların və qaynaq avadanlıqlarının sürüşmə təhlükəsi yarada bilməyəcəyi formada olmasına və ya qaynaq sıçrantıları və isti metallarından yaranan potensial təhlükələin aradan götürüldüyünə təminat verməli
Yanğın nəzarətçisi bütün çıxış yollarının maneədən təmizləndiyini və hündürlükdə çalışarkən mümkün olan çıxış nərdivanlarını yoxlamalı
Yanğın nəzarətçisi qaynaq aqreaqtının/ qaz balonlarının düzgün vəziyyətdə olduğunu və fövqəlada hallar zamanı izolyasiya və ayırma qabiliyyətinə malik olub-olmadığını yoxlamalı
Yanğın nəzarətçisi yaxınlıqda yerləşən iş sahələri barədə məlumatlı olmalı, həmin sahəyə daxil olan işçilərə baxmalı, oranı giriş üçün məhdud sahə élan etməli və hündürlükdə çalışarkən iş sahəsindən aşağıda yanğın potensialının olmasını və düşən əşyalırına görə yoxlama aparmalı
Yanğın nəzarətçisi bir qədər dəyişkən münasibət bəsləməli, əhatə etdiyi iş sahəsi barədə məlumatlı olmalı və fövqəlada hal baş verərsə dərhal nə edəciyini nümayiş etdirmək qabiliyyətinə malik olmalı
İşin icrası zamanı yanğın nəzarətçisi oranı tərk etməməli, iş bitəndən sonra həmin ərazinin təhlükəsiz, təmiz vəziyyətdə olduğuna əmin olmalı
Yanğın nəzarətçisi Təmizlik qaydalarının tətbiq olunduğuna və onlara daim riayət olunduğuna təminat verməli
Bütün qaynaq aqreqatları/qaz balonları və bununla bağlı avadanlıqlar oranı tərk edərkən təcrid edilməlidir.