Bloq

image not found!

Qış mövsümündə Avtomobillərin Təhlükəsiz İdarə olunması.

Qış mövsümündə Avtomobillərin Təhlükəsiz İdarə olunması.

Qış mövsümündəölümlə nəticələnən əsas səbəb nəqliyyat hadisələridir. Bu, qar və buz, sürüşmə və çökmə mövsümüdür. Özünüzün və avtomobilinizin hazırlığı qışda avtomobilin təhlükəsiz idarəsi üçün əsas tələbdir.

 

HAZIRLIQ!

  • Qızdırıcının, şüşə qızdırıcısının və ön şüşə təmizləyicilərinin işlək vəziyyətdə olduğuna əmin olun;
  • Avtomobildə hər zaman ehtiyat vasitələrini saxlayın – bel, qar ərsini, yorğan, fənər.

 

QORUMA!

  • Avtomobili birdən hərəkətə gətirməyin və saxlamayın, belə ki, avtomobil yanakı sürüşə bilər;
  • Avtomobilin yanakı sürüşməsi təhlükəsini azaltmaq üçün döngəyə çatmazdan əvvəl və ya yolda digər təhlükə olarsa, sürəti normal şəraitdə olduğundan daha tez azaldın;
  • Qarşıda hadisə baş verdikdə, nəzarəti itirmədən avtomobilinizi saxlaya biləcəyinizi təmin etmək üçün öndə gedən avtomobil ilə aranızda kifayət qədər məsafə saxlayın;
  • Görmə imkanı çox pisləşərsə, yoldan kənara çıxın, avtomobili əsas yoldan təhlükəsiz yerdə saxlayın və ehtiyat fənərlərinizi yandırın;

XƏBƏRDARLIQ: avtomobili şossedə saxlamayın, belə ki, başqası sizi orada görənəcən gec ola bilər!

  • Qar yağanda yaxın işıq fənərlərini yandırın – belə halda digərləri sizin avtomobilinizi görəcək
  • Avtomobili idarə edəcəyinizi əvvəlcədən planlaşdırın;
  • Yorğun vəziyyətdə avtomobili idarə etməkdən çəkinin;
  • Avtomobili sürməzdən əvvəl sürəcəyiniz marşrut üzrə (və vaxtda) hava şəraitini yoxlayın;
  • Ləng nəqliyyatı, görmə imkanlarının pisləşməsi, yolların bağlı olması və s. kimi bütün mümkün ləngimələri nəzərə alaraq məntəqəyə gəlmə vaxtınızı planlaşdırın;
  • Avtomobili idarə etməyinizi əvvəlcədən planlaşdırın;
  • Gedəcəyiniz marşrut və nəzərdə tutduğunuz gəlmə vaxtı barədə kimi işə xəbərdar edin.

 

QARŞISINI ALMA!

  • İsti və rahat geyim seçin. Avtomobili idarə edərkən üst geyimini çıxartmaq istəsəniz, ilk növbədə avtomobili təhlükəsiz yerdə SAXLAYIN;
  • Avtomobili idarə etməzdən ƏVVƏL mühərriki qızdırın. Bu pencərələrin içərisində suyun toplanmasının qarşısını alır;
  • HEÇ VAXT avtomobilinizi bağlı qarajda qızdırmayın;
  • Avtomobilinizi qar və buzdan təmizləyin.
  • Xüsusilə açıq günəşli günlərdə qardan əks olunan parıltını azaltmaq üçün günəş əleyhinə eynəklərdən istifadə edin.
  • Qar yağmasa da, yollarda olan su donduqda onları buz meydançasına döndərir. Bu şərait sırsıra adlanır və gözlə seçilmir.
  • Həmin parıltılı buz səthi ən sürüşkən yol şəraitlərindəndir. Sırsıranın körpü və keçidlərdə, kölgəli yerlərdə əmələ gəlməsi ehtimalı çoxdur.

Tam zəruri olmazsa, səfərə çıxmayın !

Bloq