G&I Training Academy Əlavə Təhsil Mərkəzi Hündürlükdə iş zamanı Xilasetmə təlimi elan edir.
"Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları"-nın tələbinə əsasən işəgötürən hündürlükdə işlərin yerinə yetirilməsi başlayana qədər bir neçə texniki-texnoloji və təşkilati tədbirlərin həyata keçirilməsini təşkil etməlidir: Bunlardan biri də qəza vəziyyətləri yaranarkən və xilasetmə işlərinin həyata keçirilməsi zamanı işçilərin təxliyyəsi və xilas edilməsi üzrə tədbirlər planının (bundan sonra - təxliyyə planı) tərtib edilməsi və cavabdeh işçilərin hazırlanmasıdır.
Təlimin məqsədi: Hündürlükdə iş zamanı xilasetmə işlərinin həyata keçirilməsinə cavabdeh şəxslərin Hündürlükdə iş zamanı qəza vəziyyətində xilasetmə və təxliyyə yolları barəsində məlumatlandırmaq və bilik və bacarqılarının artırılmasıdır.
Təlim kimlər üçün nəzərdə tutulub: Hündürlükdə iş zamanı xilasetmə işlərinin həyata keçirilməsinə cavabdeh işçi heyəti üçün nəzərdə tutulmuşdur.
Mövzular:
Giriş
Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları
Hündürlükdə işləyən işçilərə dair tələblər
Hündürlükdə olan təhlükələr və onlara qarşı nəzarət tədbirləri
Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi
Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin tətbiqinə dair tələblər
Hündürlükdə iş zamanı Fərdi Mühavizə Vasitələrinin təhlükəsiz istifadəsi
Taxtabəndlərdən (ayaqaltılardan) və Nərdivanlardan təhlükəsiz istifadə qaydaları
İş platformaları (Mobil qaldırıcı platformalar)
Hündürlükdə xilasetmə (təxliyyə) planı
Hündürlükdə iş ilə bağlı baş verən fövqəladə hallar zamanı cavab tədbirləri
Sallanma Travmaları
Xilasetmə tədbirlərinin addımları
Xilasetmə
Xilasetmə avdanlıqları
Xilasetmə komandası
Xilasetmə komandası rol və öhdəlikləri
Təlimin yekunlaşdırılması və biliklərin qiymətləndirilməsi (nəzəri və praktiki)
Təlim müddəti: 2 gün (nəzəri və praktik hissə)
Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat və vəsiqə təqdim olunur.