2TG statistik hesabat- İllik rəsmi hesabatdır. Hesabat atmosfer havasını çirkləndirən stasionar mənbələrə malik olan hüquqi şəxslər, fiziki şəxslər tərəfindən hər il fevral ayının 15-dək yerləşdiyi rayonun statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində real vaxt rejimində təqdim edilir (regional ekologiya və təbii sərvətlər idarələri ilə razılaşdırıldıqdan sonra).