SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Fövqəladə hallarda obyektin idarə olunması

G&I Training Academy Əlavə Təhsil Mərkəzi yerli qanunuvericiliyin tələbləri əsasında Fövqəladə hallarda obyektin idarə olunması və onun sabit işinin təmin edilməsi (Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi) mövzusunda təlim təklif edir.  

 

Təlimin məqsədi: Dinləyiciləri (iştirakçıları) Azərbaycan Respublikası Mülki Müdafiə haqqında qanun, norma və qaydalarını, və Azərbaycan Respublikası Əmək Məcəlləsi 215 və 219-cu maddəsi və əsasən müəssisədə mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydas, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar, qaydalar, digər normativlər və standartlar haqqında məlumatlandırma. 

 

Təlim kimlər üçün nəzərdə tutulub: İşəgötürən, Əməyin Mühafizəsi işlərinin təşkili üzrə məsul şəxslər, İnsan Resursları üzrə mütəxəssis və bu sahədə biliklərə sahib olmaq istəyən hər kəs.

 

Təlim kursunu bitirdikdən sonra dinləyicilər Müəssisədə fövdəladə hallar və mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası necə aparılmasını öyrədiləcəkdir.

 

Mövzu başlığı:

  • Fövqəlada hallarda mülki müdafiənin rolu və vəzifələri

  • Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və anlayışı

  • Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi, onun vəzifələri

  • Fövqəlada hallarda mülki müdafiənin idarə edilməsi. Hərbiləşdirilməmiş mülki müdafiə xidmətləri, qüvvələri

  • Radiasiya, kimya, mühəndis və yanğın şəraiti haqqında anlayış

  • Fövqəladə hallar zamanı əmələ gəlmiş radiasiya, kimya, mühəndis və yanğın şəraitlərinin qiymətləndirilməsi qaydaları

  • Fövqəlada hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları

  • Mülki müdafiənin mühafizə qurğuları. Fərdi və tibbi mühafizə vasitələri

  • Təsərrufat obyektlərinin işçilərinin və onların ailə üzvlərinin fövqəladə hallarda təxliyə edilməsi

  • Fövqəladə vəziyyət şəraitində obyektlərdə işin dayanıqlığınin əsasları və mahiyyəti

  • Xilasetmə və digər təxirəsalınmaz işlərin icra üsulları

  • Fövqəlada hallar zamanı mülki müdafiə rabitə və xəbərdarlıq sisteminin vəzifələri, təşkili prinsipləri, idarəetmə və idarəetmə məntəqələri, onların təyinatı, növləri və vasitələri

  • Mülki müdafiə xəbərdarlıq siqnalları, onların verilmə üsulları və əhalinin davranış qaydaları

 

Təlim müddəti: 2 gün

Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

Sertifikatın etibarlılıq müddəti: 3 il

SƏTƏM təlimləri