G&I Training Academy Əlavə Təhsil Mərkəzi yerli (FHN təsdiqli) və Beynəlxalq standartların tələbləri əsasında İlk yardım mövzusunda təlim təklif edir.
İlk yardım təlimi Azərbaycan Respublikasının qanunvericiliyi, “European Resuscitation Council Guidelines for Resuscitation 2015” və “American Heart Association (AHA) Standard”ları əsasında nəzəri və praktiki keçirlir.
Təlimin Məqsədi:
Həyati təhlükəni ortadan qaldırmaq
Həyati funksiyaların davam etdirilməsini təmin etmək
Xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək
Yaxşılaşmanı asanlaşdırmaq
Peşəkar həkim gələnə qədər hadisə yerində yaralıya (xəsarət almış şəxsə ) ilk yardımın göstərilməsi bacarıqlarını öyrətmək.
Təlim kimlər üçün nəzərdə tutulub: Tibbi yardım komandası gələnə qədər zərərçəkmiş insanı həyatda saxlamağın zəruri olduğu şəraitdə müvafiq yardımın göstərilməsi üçün səfərbər edilə biləcək işçi heyəti üçün nəzərdə tutulmuşdur.
Mövzular:
İlk yardımın məqsədləri
İlk yardımın tətbiqi halları
Zərər çəkmişin vəziyyətinin qiymətləndirilməsi, hadisə yerinin müayinəsi, təhlükəsizlik qaydaları
Təkmilləşmiş tibbi yardımın çağırışı proseduru
İlkin müayinə (DRCAB)
D- Təhlükə - Ətrafın nəzərdən keçirilməsi və ikincili bədbəxt hadisələrin qarşısının alınması (şəxsi təhlükəsizliyin nəzərə alınması ilə birgə)
R - Cavab - AVPU Cədvəli
Ürək-damar sisteminin Anatomiya və Fiziologiyası
Ürək massajı, praktiki məşğələ
Qan dövranı, Hava yolları və Tənəffüsün idarə olunması
Tənəffüs sisteminin Anatomiya və Fiziologiyası
Xilasedici süni tənəffüs, praktiki məşğələ
(CPR) Ürək – Ağciyər Reanimasiyası
1 və 2 xilasedici ilə CPR
CPR üzrə praktiki məşğələ
Avtomatik Xarici Defibrilyatorun (AED) istifadəsi və alqoritmi
Rekaveri vəsiyyəti
Praktiki məşğələlər (ürək və tənəffüsün dayanması, huşsuz xəstə)
Qanaxma və Xarici qanaxmanın dayandırılmasının əsas prinsipləri (DEPP)
Sadə sarğıların qoyulması
Sadə şinlərdən istifadə prinsipləri
Yanıqlar (növlər, törədici və klassifikasiya)
Termiki və kimyəvi yanıqların ilkin müalicəsi
Gözlərin zədlənməsi
Gözlərin xarici cismlərdən və kimyəvi maddələrindən yuyulması
Ağır tibbi halları və xəstəliklərin ilkin müalicəsi
Şəxsi və ümui gigiyenanın əsasları
İlk yardım çantasının tərkibi və istifadə qaydaları
Təlimin yekunlaşdırılması və Qiymətləndirmə (yazılı test və praktiki məşğələlərin qiymətləndirilməsi)
Praktiki hissə manken üzərində üzərində ürək - ağciyər Reanimasiyası, süni tənəffüsvermə, sınıqların sarınması və İlk tibbi yardım çantasından istifadə qaydaları aiddir.
İlk yardım təlimi üçün avadanlıqlar: Təlim Mankeni, Primedic AED (Avtomatik elektro defibrillator), İlk tibbi yardım çantası.
Təlim müddəti: 1 gün (nəzəri və praktik hissə)
Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.
Sertifikatın etibarlılıq müddəti: 3 il