Təlim kimlər üçün nəzərdə tutulub: Əməyin Mühafizəsi mütəxəssiləri, Supervayzerlər, Menecerlər, Mühəndislər, Sahə rəisləri, təhlükəsizlik üzrə vəzifəli şəxslər/məsləhətçilər, sağlamlıq və təhlükəsizlik üzrə məsul olan şəxslər, inzibati və texniki işçilər.
Təlimin məqsədi: Hadisələrin araşdırılmasında iştirak edən səlahiyyətli şəxslərin bilik və bacarıqlarının artırılması və inkişaf etdirilməsi.
Kursu bitirən dinləyicilər aşağıdakı bacarıqları əldə edəcəklər:
Riskin qiymətləndirilməsi
Qanunvericiliyin tələbləri
Araşdırma və məruzə etmə
Mündəricat:
Giriş
Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi
Qəzaların Təsnifatı
Yerli və Beynəlxalq Qanunvericilik
Hadisələrin Məruzə Olunması
Araşdırmanın İlkin Zəruri Tələbləri
Araşdırmanın Səviyyəsinin Müəyyən Edilməsi
Müsahibə Prosesi
Təhlil (Analiz) Prosesi
Əsas və kök səbəblərin təhlili (Immediate Causes & Root Causes)
Tədbirlər
Yekun Məruzə
Qiymətləndirmə
Kursun Müddəti: 2 gün
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Sertifikatın etibarlılıq müddəti: 3 il