G&I Training Academy Əlavə Təhsil Mərkəzi Amerika Ürək Assosiasiyasının (American Heart Association) Azərbaycanda Beynəlxalq Təlim Mərkəzi (AHA -İnternational Training Center) statusunu əldə etmişdir.
Amerika Ürək Assosiasiyasının Təməl Həyata Dəstək (BLS) kursunun məqsədi həyat üçün təhlükə yaradan bir neçə fövqəladə vəziyyəti dərhal tanımaq, baş verən ürək dayanması, insult və tənəffüs çatışmazlığı hallarında ilk yardımın göstərilməsini, tənəffüs yollarının qorunması və keçiriciliyinin təmin edilməsini, AED-dən erkən istifadəni təmin etməyi öyrətməkdir.
Təlimdə kimlər iştirak edə bilər?
Tibb işçiləri
Qeyri-tibb işçiləri
Yanğın söndürənlər
Mühafizə və təhlükəsizlik xidməti əməkdaşları
Fövqaladə hallarda iştirak edən şəxslər
Hərbçilər
Sıravi vətəndaşlar
Kurs həm nəzəri, həm də praktik hissələrdən ibarətdir. İnteraktiv formatda aparılır, audio-vizual və digər əyani vəsaitlərdən istifadə olunur.
Təlimdə əhatə olunan mövzular:
Hadisə yerinin qiymətləndirilməsi
Təhlükəsizliyin təminatı
CPR və ya ürək-ağciyər canlandırılması
Döş ağrısı (məs., infarkt) (aşkarlama)
AED və ya avtomatlaşdırılmış defibrilyatordan istifadə
Bu kursda iştirak etməklə hansı bilik və bacarıqlara sahib ola biləcəksiniz:
Yüksək keyfiyyətli CPR (Cardiopulmonary Resuscitation) necə yerinə yetirilir və onun insan sağlığındakı rolu
Sağ qalmaq üçün yerinə yetirilən tədbirlər zəncirini izah etmək
Kiminsə CPR-a ehtiyyac olub-olmadığının əlamətlərini bilmək
Böyüklər üzərində yüksək keyfiyyətli CPR yerinə yetirmək
AED-dən (Automatic external Defibrillator) erkən istifadə etməyin vacibliyini izah etmək
Düzgün formada AED-dən istifadə etməyi nümayiş etdirmək
Böyüklər, uşaqlar və körpələr üçün yüksək keyfiyyətli CPR yerinə yetirmək
Çox saylı pasientlərin olduğu vəziyyətdə komanda işinin vacibliyini izah etmək
Çox saylı CPR fəaliyyəti zamanı komanda üzvü kimi effektiv rol oynamaq
Böyüklər, uşaqlar, körpələrdə tənəffüs yolu tıxanmalarının aradan qaldırılmasını yerinə yetirmək
Təlimi uğurla bitirən iştirakçılara Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatı verilir.