Amerika Ürək Assosiasiyasının Təməl Həyata Dəstək (BLS) təlim kursu

image not found!

Amerika Ürək Assosiasiyasının Təməl Həyata Dəstək (BLS) təlim kursu

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Amerika Ürək Assosiasiyasının (American Heart Association) Azərbaycanda Beynəlxalq Təlim Mərkəzi (AHA -İnternational Training Center) statusunu əldə etmişdir. 

Amerika Ürək Assosiasiyasının Təməl Həyata Dəstək (BLS) kursunun məqsədi həyat üçün təhlükə yaradan bir neçə fövqəladə vəziyyəti dərhal tanımaq, baş verən ürək dayanması, insult və tənəffüs çatışmazlığı hallarında ilk yardımın göstərilməsini, tənəffüs yollarının qorunması və keçiriciliyinin təmin edilməsini, AED-dən erkən istifadəni təmin etməyi öyrətməkdir.

 

Təlimdə kimlər iştirak edə bilər?

  • Tibb işçiləri

  • Qeyri-tibb işçiləri

  • Yanğın söndürənlər

  • Mühafizə və təhlükəsizlik xidməti əməkdaşları

  • Fövqaladə hallarda iştirak edən şəxslər

  • Hərbçilər

  • Sıravi vətəndaşlar

Kurs həm nəzəri, həm də praktik hissələrdən ibarətdir. İnteraktiv formatda aparılır, audio-vizual və digər əyani vəsaitlərdən istifadə olunur.

 

Təlimdə əhatə olunan mövzular:

  • Hadisə yerinin qiymətləndirilməsi

  • Təhlükəsizliyin təminatı

  • CPR və ya ürək-ağciyər canlandırılması

  • Döş ağrısı (məs., infarkt) (aşkarlama)

  • AED və ya avtomatlaşdırılmış defibrilyatordan istifadə

Bu kursda iştirak etməklə hansı bilik və bacarıqlara sahib ola biləcəksiniz:

  • Yüksək keyfiyyətli CPR (Cardiopulmonary Resuscitation) necə yerinə yetirilir və onun insan sağlığındakı rolu

  • Sağ qalmaq üçün yerinə yetirilən tədbirlər zəncirini izah etmək

  • Kiminsə CPR-a ehtiyyac olub-olmadığının əlamətlərini bilmək

  • Böyüklər üzərində yüksək keyfiyyətli CPR yerinə yetirmək

  • AED-dən (Automatic external Defibrillator) erkən istifadə etməyin vacibliyini izah etmək

  • Düzgün formada AED-dən istifadə etməyi nümayiş etdirmək

  • Böyüklər, uşaqlar və körpələr üçün yüksək keyfiyyətli CPR yerinə yetirmək

  • Çox saylı pasientlərin olduğu vəziyyətdə komanda işinin vacibliyini izah etmək

  • Çox saylı CPR fəaliyyəti zamanı komanda üzvü kimi effektiv rol oynamaq

  • Böyüklər, uşaqlar, körpələrdə tənəffüs yolu tıxanmalarının aradan qaldırılmasını yerinə yetirmək

Təlimi uğurla bitirən iştirakçılara Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatı verilir.

AHA International Training Center